Spratli[1] (vyet. Quần Đảo Trường Sa — Çıonqşa[2][3], çin. 南沙群島, taqal Kapuluan ng Kalayaan) — Cənubi Çin dənizinun cənub-qərbində yerləşən arxipelaq. Adalarda daimi yaşayış olmasa belə 4 aeroport fəaliyyət göstərir. Hazırda adalar balıçılıq təsərrüfatı rayonu rolunu oynayır.
Spartli arxipelaqı | |
---|---|
vyet. Quần Đảo Trường Sa, çin. 南沙群島, taqal Kapuluan ng Kalayaan | |
Ümumi məlumatlar | |
Adaların sayı | >100 |
Ümumi sahəsi | 5 km² |
Hündür nöqtəsi | 4 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
08°38′ şm. e. 111°55′ ş. u. | |
Ölkələr | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaq ərazisimə altı ölkə iddia edir: Vyetnam, Çin, Tayvan, Malayziya, Filippin və Bruney. Adaların ümumi sahəsinin az olmasına baxmayaraq regionda mövcudluq baxımından əhəmiyyətlidir. Burada böyük miqdarda qaz və neft yataqlarının olması ehtimal edilir. ABŞ Ebergetika Nazirliyinin məlumatına görə adalar ərazisində 5,4 mld barel neft, 55,1 trilion kubmetr qaz vardır.[4]
Arxipelaqa daxil 45 adaya Vyetnan, Çin, Malayziya, Filippin və Tayvan öz ordusunu yerləşdirmişdir. Cənub riflərində isə Bruneyin balıqçılıq zonasıdır. Ancaq bu ölkə rəsmi iddia qaldırmamışdır.
Arxipelaq 100 kiçik ada, rif və atoldan ibarətdir. Ümumi sahəsi 5 km² təşkil edir. Rayonun ümumi sahəsi isə 400 000 km²-dir. Bu sahə Palavan və Kalimantan afalarından 400 km, Vyetnamdan 500 km, Haynandan isə 1000 km məsafədə yerləşir.
İri adaları:
1529. Saraqosa anlaşması ilə adalar İspaniyanın mülkiyyətinə verilir.
1898. Paris sülh anlaşması ilə ərazi ABŞ, sonradan isə Filippin ərazisi elan edilir.
1927. Fransaya məxsus De Lanessan gəmisi bölgədə elmi tədqiqat işləri aparmışdır.
1930. Fransızlar adaya ikinci dəfə ekspedisiya təşkil edirlər. Onlar adaları Ile de la Tempete adlandırırlar. Öz bayraqlarını adaya sancan fransızlar burada çinli balıqçılarla rastlaşırlar.
1932. Çin Respublikası Fransa dövlətinə memarandum göndərərək adalar üzərində hüququn onlara veriməsini istəyir və adaları öz ərazisi elan edir.
1933. Üç fransız gəmisi iri adaları tutaraq buranı Fransa ərazisi elan edirlər. Yaponiya adalar üzərində ərazi hüquüunun olmasını irəli sürür. Buna səbəb kimi oda yaponlara məxsus olan forfor yatağının olmasını göstərir.
1939. Yaponiya adalara iddiasını qaldırsada Fransa və Böyük Britaniyanın etirazı ilə adalar Fransanın mülkiyyəti elan edilir.
1941. Yaponiya adaları güçlə işğal edir və onu İkinci Dünya müharibəsinin sinuna qədər əlində saxlayır. İtu-Aba adasında su altı qayıqların bazasını yerləşdirir.
1945. Yaponiyanın məğlubiyyətindən sonra adalara yenidən Fransa və Çin iddiasını davam etdirir. Çin hətta adalara öz qoşununu yerləşdirir.
1946. Fransa adalara qoşun göndərsədə çinliləri oradan çıxara bilmir.
1947. Fransa Çinin adaları tərk etməsini tələb edir.
1948. Fransa adalar ətrafında patrullaşmanı dayandırır. Çin isə qoşunlarının bir hissəsini geri çəkir.
1951. San-Frasisko sülh anlaşması imzalanarkən Vyetnam Parasel adaları və Spartliyə iddiasını bildirir.
1956. Çin və Vyetnam adalara qoşun yerləşdirir. Hətta Vyetnan adaların Bindin vilayətinə birləşdirildiyi bildirir.
1958. Çin özünün məhhəli sularını müəyyən edərkən adalarıda ora daxil edir.
1961—1963. Cənubi Vyetnam adaların ona məsubluğunu bildirmək məqsədi ilə lövhələr yerləşdirir.
1968. Filippin Kalayan vilayətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə üç adaya qoşu yeridir.
1971. Malayziya arxipelaqın bir hissəsinə əraxi iddiası sürür.
1972. Filippin Kalayan adalarını Palavan vilayətinə birləşdirir.
1975. Vyetnam arxipelaqa iddiasını bildirir.
1978. Filippin przidentinin əmri ilə onlara aid ərazi müəyyənləşir.
1979. Malayziya iddia elədiyi ərazilərin xətitəsini tərtib etdirir. Vyetnamda analoji addımı atır
1982. Vyetnan növbəti bir sənədi imzalayır və bir necə adanı işğal edərək ordusunu orda yerləşdirir. Filippində həmcinim adaların bir qimini işğal edərək nurada uçuş-eniş zolağı salır.
1983. Malayziya Lyanq-Lyanq adasını tutaraq burada hərbi bazasını inşa etdirir. Estəlik kuror zonası salır.
1984. Bruney özünün balıqçılıq rayonunu müəyyənləşdirir (Luiziana-rif). Ancaq rəsmi olaraq iddia qaldırmır.
1987. Çin dəniz patrullaşmasını təşkil edərək burada öz bazasını yerləşdirir.
1988. Çin və Vyetnam gəmiləri Spartli adaları uğrunda döyüşə girirlər. Vyetnam bu mübarizədə məğlub olur. Region Çinlilərin əlinə keçir[5].
1995. Çin və Vyetnam arasında arxipelaq resurslarının bölünməsi haqqında razılığa gəlinir[5].
2004. Filippin təyyarələrinə arxipelaq üzərindən atəş açılır[6]. Vyetnam mübahisəli adalarda turistik imkanlarını artırır və hava limanı inşa etdirir[7].
2005. Vyetnam adalar üzərində ərazi iddiasını yenidən irəli sürür[8].
2008. Filippin son əsgərinə qədər adalar uğrunda vuruşacağını bəyan edir.[9]
2011. May ayında Vyetnam və Çin arasında bir sıra insidentlər baş verir[10].
2016. İyulda Haaqa məhkəməsi Filippin iddiasıba baxaraq Çinin Cənubi Çin dənizində yerləşən adalara haqqının olmaması barədə qərar çıxarır. Onlar Çin gəmilərinin Filippinə aid hissəyə keçərək çin balıqçılarını tutmaq istəməsi ilə əlaqdar meydana gəlmiş ərazini pozmasını qanuna zid adlandırmışdır. Çin isə trebunalın qərarınl tamadığını bildirmişdir[11][12]