Çin monqolları

Çin monqolları (Çin: 蒙古族; pinyin: Měnggǔzú) — Çin Xalq Respublikasının vətəndaşı olan etnik monqollardır. Çin Xalq Respublikası hökuməti tərəfindən tanınan 55 etnik azlıqdan birini təşkil edirlər. Çində etnik monqol olaraq təsnif edilən təxminən 5.8 milyon insan var. Çinin müxtəlif bölgələrində, xüsusilə Daxili Monqolustanda, Şimal-şərq Çində və Sincan-Uyğur Muxtar Rayonunda yaşayırlar. Çindəki monqol əhalisi suveren monqol dövlətindən iki dəfə çoxdur.

Çindəki monqollar
Sayları və yaşadığı ərazilər
Dili Monqol dili, Buryat dili
Dini Tibet buddizmi, Monqol şamanizmi, İslam
İrqi Monqoloid
Qohumluluğu Monqollar, Buryatlar

Regional bölgü

[redaktə | mənbəni redaktə et]
Monqolustanı və Çindəki Monqol muxtar inzibati hissələrini göstərən bir xəritə.

Çindəki monqollar müxtəlif nisbətdə və regionlarda yaşayırlar. Bu regionlar aşağıdakılardır[1]:

  1. Daxili Monqol Muxtar Rayonu – 68,72 %
  2. Jilin əyaləti – 2,96 %
  3. Hebei əyaləti – 2,92 %
  4. Sincan-Uyğur Muxtar Rayonu – 2,58 %
  5. Heilongjiang əyaləti – 2,43 %
  6. Çinghay Eyaleti – 1,48 %
  7. Henan əyaləti – 1,41 %
  8. Digər regionlar – 5,98 %

Daxili Monqol Muxtar Vilayətindən başqa Çində digər monqol muxtar inzibati alt bölmələri də mövcuddur[1].

Vilayət səviyyəsində:

  • Haixi Monqol və Tibet Muxtar Vilayəti
  • Bayangolin Monqol Muxtar Vilayəti
  • Bortala Monqol Muxtar Vilayəti

Dairə səviyyəsində:

  • Veichang Manchu və Monqol Muxtar Dairəsi
  • Harqin Zuoyi Monqol Muxtar Dairəsi
  • Fuxin Monqol Muxtar Dairəsi
  • Kobuksarın Monqol Muxtar Dairəsi
  • Subei Monqol Muxtar Dairəsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Monqol azlığı haqqında Çin hökuməti məlumatı

  1. 1 2 ""ӨМӨЗО"-НЫ ХҮН АМЫН ХУВИРАЛТЫН ЗУРГИЙГ ҮЗЭЭД". www.lupm.org. 1 dekabr 2018 tarixində arxivləşdirilib.