Çin qayışləçəyi

Çin loropetalumu (lat. Loropetalum chinense) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin hamamelidkimilər fəsiləsinin loropetalum cinsinə aid bitki növü.

Çin loropetalumu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada, Qərbi və Şərqi Asiyada bitir. XIX əsrin ortalarında bu bitki Britaniya botaniki Robert Broun tərəfindən təsvir edilmişdir və loropetalum adlandırılmışdır. İngiltərəyə loropetalumu XIX əsrin axırlarında məşhur Viktorian gətirmiş və Chinese fringe flower (Çin qayışləçəyi) adlandırmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 60 sm-dək olan, əyilmiş budaqlı, nadir, gözəl çiçəkləyən ekzot, həmişəyaşıl, möhkəm, yumru koldur. Onun enli çiçək qrupları qayış və ya lentlərin bağlamasına bənzəyir. Loropetalumun yarpaqları oval və ya yumurtavari, uzunluğu 2,5–6 sm, açıq yaşıl rənglidir. Çiçəkləri hörümçəkşəkilli, qayışşəkilli, ətirli, al-qırmızı, çəhrayı, ağ rəngdə olub, 3–6 ədəd sıx qalxanlara yığılır, erkən yazda budaqları tamamilə örtür. Sonradan yaşıl yarpaqları açılır və çiçəkləmə bütün yay ərzində davam edir.

Bol çiçəkləməsi və yarpağın parlaq rəngi üçün ona düz düşən günəş işığı lazımdır, lakin bu işıq birbaşa bitkiyə düşməməlidir. Yayda təmiz havada özünü yaxşı hiss edir. −15°C-dək soyuqlara dözür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Park və bağlarda mədəni şəraitdə becərilir.

Çiçəkləmə dövründə daha dekorativdir və tək, alleya əkinlərində geniş istifadə edilə bilər. Asanlıqla formalaşır, bitki bonsay üslubunda becərilmə üçün idealdır.