Çindoqu (珍道具?) – Yaponiya mənşəli zarafat. Bu anlayışa görə şəxs gündəlik həyatda bəzi işləri asanlaşdıracaq şeylər ixtira etdiyi görünür, lakin bu, əslində işə yaramaz zarafatdan başqa şey deyil.[1]
"Çindoqu" sözü "yararsız" (珍, chin?) və "alət" (道具, dōgu?) sözlərinin birləşməsindən yaranmışdır. Termin ilk dəfə "Mail Order Life" jurnalının redaktoru və ixtiraçı Kenci Kavakami tərəfindən işlədilib. Çindoqunun atası olan Kavakami indiyə qədər 600-dən çox çindoquya imza atmışdır. O, "101 lazımsız yapon ixtirası" və "99 daha da lazımsız yapon ixtirası" kitablarının müəllifidir. Kitabları bir neçə dilə tərcümə olunmuşdur.[1]
Çindoqu fəsləsəfi haqqında bir çox kitab və məqalə yazılmışdır. Çindoqu fəlsəfəsinə görə ixtira bu xüsusiyyətləri daşımalıdır:
İndiyə qədər heç bir çindoqu (bir neçəsi istisna olmaqla) iqtisadi məqsədlə istifadə olunmamışdır. Hər il 18 aprel tarixi Yaponiyada "İxtira günü" kimi qeyd olunur.[2]
Çindoquya misallar: yapışqan-qələm formasında yağ, fenli çopstik, cüt tərəfli ayaqqabı, barmağa taxıla bilən diş fırçası, klipsli dəbilqə və s.[3] Lakin bəzi yararlı ixtiralar da çindoqu kimi ortaya çıxmışdır: Kavakami selfi çubuğunu 1983-cü ildə çindoqu kimi ixtira etmişdir.[4]