Çingiz Ələkbərov

Ələkbərzadə Çingiz Əbülhəsən oğlu — nasir, ssenarist,[1] 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.[mənbə göstərin]

Çingiz Ələkbərzadə
Çingiz Əbülhəsən oğlu Ələkbərzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Təhsili ADU
1955-1960

Həyatı[redaktə | mənbəni redaktə et]

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Tovuz şəhərindəki A.S.Puşkin adına şəhər orta məktəbini bitirmişdir (1955). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960).

Tələbəlik dövründə "Kökəlməyin sirri" hekayəsi almanaxda dərc olunmuşdur (1958). Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1960).

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri komitəsində son xəbərlər redaksiyasında işləmişdir (1961-1966). İsmayıllı rayonundakı İvanovka kəndində müəllim (1966-1968), Əli Bayramlı rayonunda "İşıq" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1968-1971), İsmayıllı rayonunda "Zəhmətkeş" qəzeti redaksiyasında məktublar şöbəsinin müdiri (1971-1972), Azərbaycan SSR Televiziya və Radio Verilişləri komitəsində "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir (1972-1973), "Azərbaycanfılm" kinostudiyasında ssenarist (1973-1975), "Kirpi" satirik jurnalında ədəbi işçi (1976-1979), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "Günün ekranı" redaksiyasında ştatdankənar müxbir (1979-1984), Şirvan bölgəsi üzrə xüsusi müxbir (1984-1989) olmuşdur. Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmişdir (1980). Durğunluq dövründə ictimai qüsurları kəskin tənqid etdiyinə görə həbs edilmişdir (1986-1988). Sonra bəraət almış, bədii yaradıcılıqla məşğul olmuşdur. 1999-cu il yanvarın 7-də vəfat etmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Yarpaqlar töküləndə. Bakı: Uşaqgəncnəşr, 1964, 120 səh.
  2. Güllələr dənizdə sönür. Bakı: Gənclik, 1973, 138 səh.
  3. Qızıl yəhərli at. Bakı: Gənclik, 1976, 135 səh.
  4. Çılpaqlı (roman). Bakı: Gənclik, 1979, 176 səh.
  5. Vulkan (povest və hekayələr). Bakı: Yazıçı, 1983, 181 səh.
  6. Öndən. Bakı: Yazıçı, 1992, 214 səh.
  7. Qumarbaz. Bakı: Azərnəşr, 1993, 295 səh.
  8. Türmə mənim ahımdı. Bakı: Gənclik, 1993, 78 səh.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Günlərin bir günü... (film, 1976)
  2. Vulkana doğru (film, 1977)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272-274.