Kinoalmanax
Günlərin bir günü...(Kinoalmanax) | |
---|---|
Fayl:Günlərin bir günü... (film, 1976).jpg | |
Janr |
komediya musiqili fantastika |
Rejissorlar | Rüstəm İbrahimbəyov (Süita), Yuli Qusman (Günlərin bir günü) |
Ssenari müəllifləri | Revaz Qabriadze (Süita), Rüstəm İbrahimbəyov (Süita), Maqsud İbrahimbəyov (Günlərin bir günü) |
Baş rollarda |
Kinoalmanax: Fazil Salayev C.Məmmədov Muxtar Maniyev E.Əliyev Ç.Ələkbərzadə Süsən Məcidova Mirzə Babayev Süita: Habil Əliyev Vladimir Vorobyov Larisa Xələfova Tahir Əsədullayev Günlərin bir günü: Semyon Farada İnarə Quliyeva Sergey Yurski Yusif Vəliyev Leyla Bədirbəyli |
Operatorlar |
Valeri Kərimov (Kinoalmanax) Eduard Qalakçiyev (Süita) Fikrət Əsgərov (Günlərin bir günü) |
Rəssamlar | Fikrət Bağırov (Kinoalmanax, Süita, Günlərin bir günü) |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 22 yanvar 1977 |
Filmin növü |
Kinoalmanax: tammetrajlı bədii film Novellalar: qısametrajlı bədii film |
Müddət | Kinoalmanax: 67,51 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1976 |
Texniki məlumatlar |
Kinoalmanax: 7 hissə 1847 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID0326342 |
Hər iki novellanı ümumi bir fikir birləşdirir: insan öz vəzifəsinə, əqidə və məsləkinə sadiq qalmalı, bu və ya digər dərəcədə öz şəxsi səadətindən, vəzifəsindən və yaxşı güzəranından əl çəkib qəlbinin hökmü ilə hərəkət etməli, başqalarına lazım olan işlər görməlidir.
Müəlliflər bu film vasitəsilə bugünkü gənclər, onların qarşısında duran problemlər haqqında söz açmışlar.
Süita
"Süita"da insanın öz əqidəsinə sadiq qalmasının vacibliyindən bəhs edilir. Novellanın qəhrəmanı (Vladimir Vorobyov) çimərlikdə xilasedici işləyir. Dənizdə baş verən hadisələr onu əyləndirmir və düşündürmür. Bizenin musiqisi altında o öz Karmeni, özünün qəhrəmanlığı və güclü məhəbbəti haqqında xəyallara dalır.
Günlərin bir günü
"Günlərin bir günü"ndə isə rahatlığından, vəzifəsindən əl çəkib qəlbinin hökmü ilə hərəkət etməyi bacaran insandan bəhs edilir. Bir dəfə səhər erkən perspektivli elmi əməkdaş (Semyon Farada) öz eyvanındann uçan kosmik gəmi görür. Bir qədər həyəcanla o, bu barədə qaynanasına (Leyla Bədirbəyli), qonşularına, tanışlarına, idarə rəhbərinə və nəhayət, psixiatra danışır...
Kinoalmanax
Süita
Kinoalmanax
Süita
Günlərin bir günü
Kinoalmanax
Süita
Günlərin bir günü