Çingiz İsgəndər oğlu Əsgərov ({{DVTY}} şablonu boşdur ) — azərbaycanlı hüquqşünas; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi (2013—h/h), Azərbaycan Ali Məhkəməsi sədrinin müavini və hakimi (2020—h/h).
Çingiz Əsgərov | |
---|---|
Azərbaycan Ali Məhkəməsi sədrinin müavini | |
Vəzifədədir | |
6 may 2020-ci ildən | |
Prezident | İlham Əliyev |
Sədr | Ramiz Rzayev İnam Kərimov |
Azərbaycan Ali Məhkəməsinin hakimi | |
Vəzifədədir | |
5 may 2020-ci ildən | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | BDU Hüquq bölməsi (B) |
|
|
Təltifləri |
Çingiz İsgəndər oğlu Əsgərov 1973-cü ildə Bakı şəhərində anadan olub.[1] 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən fərqlənmə diplomu ilə məzun olub.[1]
1989-1991-ci illərdə “NORD” Elmi-İstehsalat Birliyinin hüquq bürosunda çalışıb.[1]
1994-1998-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsində mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.[1]
1998-2000-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatı Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektorunda referent vəzifəsində çalışıb.[1]
2000-ci ilin yanvar-mart aylarında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) QHT ilə iş şöbəsində ezam olunmuş mütəxəssis olaraq çalışıb.[1]
2000-2003-cü illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində 1-ci Katib vəzifəsində çalışıb.[1]
2003-2020-ci illərdə Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri olub.[1]
08.12.2003-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (AİHM) yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilib.[1][2]
5 may 2020-ci ildə Azərbaycan Prezidentinin təqdimatına, Azərbaycan Milli Məclisinin razılığına əsasən Azərbaycan Ali Məhkəməsinin hakimi təyin olunub.[1][3]
6 may 2020-ci ildə isə Azərbaycan Ali Məhkəməsi sədrinin müavini vəzifəsinə təyin olunub.[1][4]
Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə Çingiz İsgəndər oğlu Əsgərov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[5]
2023-cü ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.