Çingiz Biriya (1961, İran – 27 may 2021, Təbriz) — Azərbaycanlı aşıq.[1]
Çingiz Biriya | |
---|---|
Doğum tarixi | 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 27 may 2021 |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Dəfn yeri | |
Fəaliyyəti | aşıq |
Aşıq Çingiz Hüseyn oğlu Biriya 1961-ci ildə Qaradağ mahalının Ələzin kəndində anadan olub. Hələ uşaq yaşlarından saza-sözə könül verib. Aşıqlıq sənətini atasından və qardaşlarından öyrənən Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti ilə məşğul olmağa başlayıb. Qaradağın ustad aşıqlarından olan aşıq Rəsul Qurbani, Həsən Qəffari, Hüseyn Əsədidən faydalanıb.[2]
Bir neçə dastan bilmişdir. Dəfələrlə beynəlxalq festivallarda çıxış edib, Türkiyəyə, Almaniyaya, Kanadaya dəvət alıb.
30-a yaxın şagird yetirib.
O, Rəsul Qurbaninin yanında 4 il şəyirdlik edərək aşıq sənətinin sirlərini öyrənib. Qaradağın tanınmış aşıqlarından biri olmuşdur. O, həm də dastançı aşıq olmuş, onlarca dastanı sinədən danışmışdır.
Çingiz Biriya Təbriz şəhərində yaşamış, 27 may 2021-ci ildə vəfat etmişdir.