Çingiz Qələndərov

Çingiz Qələndərov Saleh oğlu-(d.1959-cu il iyunun 1-də Tovuz rayonu) Kənd Təsərrüfatı elmlər namizədi, dosent

Çingiz Qələndərov
Çingiz Qələndərov Saleh oğlu
Doğum tarixi (64 yaş)
Doğum yeri Tovuz rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Saleh Qələndərov
Elmi adı Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

1959-cu il iyun ayının 1-də Tovuz rayonunun Cilovdarlı kəndində anadan olub.1976-ci ildə Qədirli kənd orta məktibini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsinə daxil olub və 1981-ci ildə həmin institutu bitirərək coğrafiyaçı, coğrafiya müəllimi ixtisası almışdır. 1984-1988-ci illərdə Azərbaycan EA-nın Torpaqşünaslıqaqrokimya institutunda aspiranturanı bitirib.[1]

Elmi fəaıiyyəti[redaktə | mənbəni redaktə et]

1984-1988-ci illərdə Azərbaycan EA-nın Torpaqşünaslıqaqrokimya institutunda aspiranturanı bitirib.

1989-cu ildə “Abşeron yarımadasının torpaq-ekoloji şəraiti və torpaq ehtiyatlarının proqnozu” mövzusunda namizədlik disertasiyası müdafiə etmişdir və k/t elmləri namizədi elmi dərəcəsi almışdır.

2001-ci ildən BDU-nun coğrafiya fakultəsində dosent vəzifəsində çalışıram.

2001-ci ildən 2006-cı ilə qədər fiziki coğrafiya kafedrasında MDB-nin fiziki coğrafiyası, Materik və okeanların fiziki coğrafiyası və Azərbaycanın fiziki coğrafiyası fənlərini tədris etmişdir.

2006-cı ildə yeni yaradılmış Azərbaycan coğrafiyası kafedrasında Azərbaycanın fiziki coğrafiyası fənnini tədris edir.

90-a yaxın elmi məqalənin müəllifidir. “Azərbaycan torpaqlarının morfogenetik profili” monoqrafiyasının və Abşeron yarımadasının irimiqyaslı ( 1: 50000) torpaq xəritəsinin həmmüəlliflərindən biridir.[1]

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

  • 2005. Bakı, AMEA Mərkəzi Nəbatət bağının əsərləri.
  • 2005. Bakı, Azərbaycan Torpaqşunaslıq cəmiyyətinin əsərləri, X cild, 1 hissə.
  • 2006, Bakı, Beynəlxalq Botanika elmi konfransı.
  • 2007, Bakı, akad. H.Ə.Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ekologiya: Təbiət və cəmiyyət” Beynəlxalq konfrans.
  • 2008, Bakı, H.Ə.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Azərbaycan Coğrafiya Cəmiyyətinin BDU filialının əsərləri «Coğrafiyanın müasir problemləri». Beynəlxalq konfrans.[2]

Kitabları[redaktə | mənbəni redaktə et]

  • 2003, Bakı, Torpaq dekredasiyası.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Çingiz Qələndərov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 B.Budaqov Azərbaycanın coğrafiyaçı alimləri "Elm" nəşriyyatı Bakı 2013 səh 216
  2. "Çingiz Qələndərov". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.