Cilovdarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Cilovdarlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[3] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Xatınlı kənd inzibati-ərazi vahidinin Çilovdarlı kəndi Qədirli kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[4]
Cilovdarlı | |
---|---|
41°02′58″ şm. e. 45°38′14″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Etnotoponimdir. Cilovdarlılar vaxtilə şahsevənlər hərbi ittifaqına daxil olmuş, I Şah Abbasın hakimiyyəti illərində (XVII əsrin əvvəlləri) Gəncəbasara gəlmişlər. Cilovdarlıq səfəvilər dövründə xüsusi vəzifə olmuş və bu vəzifənin icrası ayrılıqda bir tayfaya tapşırılmışdır. Mənbələrdə cilovdarlar oğuzların bəydili tayfasının bir qolu kimi qeyd olunur. Cilovdar "cilov tutan, cilov verən", "ordunun on hissəsində gedən" deməkdir. Füzuli rayonundakı Qazaxlar kəndinin məhəllələrindən biri də Cilovdarlı adlanır.[5] Bir başqa mənbədə isə Cilovdar "öndə gedən", "karvanbaşı" deməkdir.[6]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Gəncə-Qazax düzənliyində, Kür çayının 2–3 km-də yerləşir. Qədirli, Mülkülü, Xatınlı, Qaraxanlı və Əlimərdanlı kəndləri ilə qonşudur.
İl | Daimi əhali | Kişilər | Qadınlar | Qeydlər |
---|---|---|---|---|
1999[7] | 2639 | 1289 | 1350 | Statistik göstərici Qədirli kəndi ilə birlikdə göstərilmişdir. |
2009[8] | 1319 | 665 | 654 |
Əhali əsasən iri və xırda buynuzlu heyvandarlıqla, süd məhsullari istehsalı ilə (süd, şor, qatıq, nehrə yağı, ayran, pendir) və əkinçiliklə (kartof, soğan, yonca) məşğul olur.
Kənddə Cilovdarlı kənd kitabxana filialı fəaliyyət göstərir.[9]
Kənddə Cilovdarlı kənd körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.[10]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.