Çingiz Qaraşarlı

Çingiz Qaraşarlı (1951, Ağdam) — Azərbaycan dilçisi, elmlər doktoru.

Çingiz Qaraşarlı
Çingiz Məmməd oğlu Qaraşarlı
Doğum tarixi 1951
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
İş yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Çingiz Məmməd oğlu Qaraşarlı 1951-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dillər Universitetini bitirmiş və bir neçə il orta məktəbdə ingilis dili müəllimi işləmişdir. 1979–1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunda kiçik elmi işləmiş, orada "Oğuz qrupu türk dillərində fel tərzləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən Azərbaycan Dillər Universitetində işləyir. Çingiz Qaraşarlı "Qədim yunan, roman, kelt və german dillərində türkizmlər (Etrusklar danışmağa başlayır)" (2005) və "Aralıq dənizi hövzəsinin erkən sakinləri – Türklər [ölü keçid]" (2009) adlı kitabların müəllifidir. O, Aralıq dənizi regionunda danışılmış etrusk, troyan, pelasq və başqa dillərə məxsus onomastika və yazılı abidələri tədqiq edərək, həmin dillərin türk mənşəli olması qərarına gəlmişdir. 2009-cu ilin noyabr ayında bu mövzuda doktorluq dissertasiyası müdafiə etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]