Çingiz Rəsulov (tam adı: Çingiz Qnyaz oğlu Rəsulov; 31 avqust 1949, Ələt) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Tsikloalkilfenolların kimyası və texnologiyası" laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor.[1][2]
Çingiz Rəsulov | |
---|---|
Çingiz Qnyaz oğlu Rəsulov | |
Doğum tarixi | 31 avqust 1949 (74 yaş) |
Doğum yeri | Azərbaycan Respublikası, Qazıməmməd rayonu Ələt qəsəbəsi |
Elm sahələri | Neft kimyası, Üzvi kimya |
Elmi dərəcələri | Kimya üzrə elmlər doktoru, professor |
İş yeri | Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu, 1971-ci il |
Çingiz Qnyaz oğlu Rəsulov — 31 avqust, 1949-cu ildə Azərbaycan Respublikası, Qazıməmməd rayonunun Ələt qəsəbəsində anadan olmuşdur.
1966-cı ildə Yevlax şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1971–1973-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra 1974-cü ilədək Yevlax Zonal Qaz İB-də əvvəl mühəndis, sonra texniki-istehsalat şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiran-turasının ğündüz şöbəsinə daxil olub, 1977-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir.
Rəsulov Çingiz həmin İnstitutda əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi vəzifələrində çalışmışdır.
1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini, 2012-ci ildə isə professor elmi adını almışdır.
Kimya elmləri doktoru, professor Ç.Q. Rəsulov hal-hazırda Azərbaycan Neft-Kimya Prosesləri İnstitutunda "Tsikloalkilfenolların kimyası və texnologiyası" laboratoriyasının müdiridir.
Professor Ç.Q.Rəsulovun rəhbərliyi ilə alkil-, tsikloalkilfenollar əsasında poli-olefinlərə, sintetik kauçuklara, yağlara və yanacaqlara yüksəksəmərəli stabilləşdirici kimyəvi əlavələr, antioksidantlar, aşqarlar, vulkanlaşdırıcı agentlər və s. sin-tez olunmuş və sənayeyə tətbiq üçün tövsiyə edilmişdir. Təklif olunmuş tövsiyələr əsasında "Anqarski üzvi-sintez" İB-də(Anqarsk ş.) "VNİİ NP-360" aşqarının, "Stavropol-polimer" İB-də (Budyonovsk ş.) "Bisalkofen MTSP" stabilizatorunun sənayeyə tətbiqi həyata keçirilmişdir.
Təklif olunmuş digər tövsiyə əsasında Sumqayıt "Aşqarlar" ATSC-də "Nef-ras 35/135", "Nefras 130/180", "Vayt-spirit" həlledicilərinin istehsalı sənaye miqyasında həyata keçirilmişdir. Laboratoriya əməkdaşlarının tövsiyələri əsasında Sumqayıt "Aşqarlar" ATSC-də məhsuldarlığı 5000 ton/ay olan qurğu tikilib sınaq-dan çıxarılmışdır.
Eyni zamanda, fəza çətinlikli fenollar əsasında olefinlərin selektiv oliqomerləş-məsi prosesində istifadə olunan keçid-metal kompleksləri üçün yeni liqandlar sintez olunub müqayisəli yoxlanılmışdır.
Təklif olunmuş tövsiyələr əsasında Sumqayıtda — "Tural-110" elmi-istehsalat müəssisəsində avtomobil benzinlərinə aşqarlar-metil-, etil üçlü butil efirlərinin istehsalı üçün məhsuldarlığı 1000 ton/ay olan sənaye qurğusu tikilib sınaqdan çıxarılmışdır. Qurğuda 1000 tona yaxın metil və etil üçlü butil efirləri alınıb Ukraynada, Polşada, Almaniyada, Yunanıstanda oksigenat kimi sınaqdan çıxarılmış və müsbət rəylər alınmışdır. Proseslərin bütün texniki-normativ sənədləri (texnoloji reqlamenti, Texniki Şərti, texniki-iqtisadi göstəriciləri) hazırlanmışdır.
Prof. Ç.Q.Rəsulovun rəhbərliyi ilə laboratoriyada avtomobil mühərrikləri üçün yüksək oktanlı benzinlərin, keyfiyyətli dizel yanacaqlarının və mühərik yağlarının alınması üçün yeni kimyəvi quruluşlu oksigenatların, aşqarların və antioksidantların alınması istiqamətində səmərəli tədqiqatlar aparılmışdır.
Professor Ç.Q.Rəsulovun rəhbərlik etdiyi laboratoriyada fenolun pirolizin maye məhsullarının 130–1900C fraksiyası ilə yarım-sənaye qurğusunda katalitik arilalkilləşmə prosesinin texnologiyası işlənib hazırlanmışdır. Alınmış para-arilalkilfenolun urotropinlə qarşılıqlı təsirindən para-arilalkilfenolamin qətranının təcrübə-sənaye nümunəsi alınıb (1 ton) lak-boya materiallarına örtük əmələgətirici kimi, transformator və mühərrik yağlarına antioksidant kimi sınaqdan çıxarılmışdır. Sınaqların nəticəsi müsbət olmuşdur. Prosesə Azərbaycan, Rusiya və Avrasiya patentləri alınmışdır.
AMEA Təcrübə-Sənaye Zavodunda Ç.Q.Rəsulovun rəhbərlik etdiyi laborato-riyanın göstəriciləri əsasında 2-morfolilmetil-5-metilfenolun kompleks xlorid duzu alınıb Azərb. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqi-qat İnstitutunda üzümçülükdə ziyanvericilərə qarşı dərman preparatı (pestisid) kimi sınaqdan çıxarılmışdır. Preparatın institutun üzümçülük sahələrində 3 il ardıcıl geniş çöl sınaqları da səmərəli olmuşdır. Hazırda pestisidin kənd təsərrüfatında tətbi-qi üçün Azərb. Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparılır.
Bundan başqa laboratoriyada sintez olunmuş izopropilaminofenol preparatı kartofçuluqda geniş yayılan kolorado böcəyinə, tərəvəz bitkilərində əmələ gələn yaşıl qurdlara və mənənələrə qarşı insektisid kimi ilkin və geniş çöl sınaqlarından müvəffəqiyyətlə çıxmışdır. Prof. Ç.Q. Rəsulovun birbaşa iştirakı ilə ağır neft qalıqlarının (mazut, qudron) təbii qaz mühitində katalitik krekinqi həyata keçirilmiş, yüksək çıxımla benzin və dizel yanacaqları alınmışdır. İlkin tövsiyələr əsasında məhsuldarlığı 1500 ton/ay olan qurğu yaradılmış və proses uğurla sınaqdan çıxmışdır. Prosesə Azərbaycan və Avrasiya patentləri alınmışdır.
Prof. Ç.Q.Rəsulovun rəhbərliyi ilə aparılan elmi-tədqiqatların nəticələri “Anqarsk üzvi-sintez” İB-də (Rusiya Federasiyası, İrkutski vilayəti, Anqarsk ş.), “Stavropolpolimer” İB-də (Rusiya Federasiyası, Stavropol vilayəti, Budyonovsk ş.), Sumqayıt “Aşqarlar” ATSC-də, AR ETN-nin Yüksək Texnologiyalar Parkında, Sumqayıtda – “Tural-110” elmi-istehsalat müəssisəsində yüksək məhsuldarlıqlı qurğularda (100-12000 ton/il) sınaqdan çıxarılmışdır. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində alınmış məhsulların Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq, Tərəvəzçilik və Baytarlıq Elmi-Tədqiqat institutlarında pestisid, insektisid, bakterisid və dezinfeksiyaedici kimi ilkin və çöl sınaqları aparılmış və geniş istifadəsi tövsiyə olunmuşdur.
Hal-hazırda alimin rəhbərlik etdiyi laboratoriyada yeni seolit tərkibli heterogen katalizatorların iştirakında fenolların alifatik və tsiklik sırası doymamış karbohidrogenlərlə katalitik alkilləşmə, alınmış alkil-tsikoalkilfenolların aminlərlə, sirkə turşusu və benzoil xloridlə aminometilləşmə, asilləşmə reaksiyalarının həyata keçirilməsi istiqamətində geniş elmi-tədqiqat işləri aparılır. Bundan başqa, Ç.Q.Rəsulovun rəhbərliyi ilə laboratoriyada avtomobil mühərrikləri üçün yüksək oktanlı benzinlərin, keyfiyyətli dizel yanacaqlarının alınması üçün yeni kimyəvi quruluşlu oksigenatların, aşqarların və antioksidantların alınması istiqamətində də səmərəli tədqiqatlar həyata keçirilir.
Professor Ç.Q.Rəsulov eyni zamanda pedoqoji fəaliyyətlə də məşğul olur. O, uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr diplom, fəlsəfə doktorluğu işlərinə rəhbərlik etmiş, hazırda həmin universitetdə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında pedoqoji fəaliyyətini davam etdirir. O, eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr diplom işləri üzrə müdafiə komissiyasının sədri, MDU Bakı filialında Dövlət imtahan komissiyasının üzvüdür. O, 2010-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti olmuşdur.
Rəsulov Çingiz Qnyaz oğlunun apardığı elmi tədqiqat işlərinin nəticələri 600-ə yaxın elmi əsərdə, (xaricdə çıxmış elmi əsərlərin sayı-150), 4 kitab və 1 monoqrafiyada (Almayniyada), 80 müəlliflik şəhadətnaməsi, Azərbaycan və xarici ölkələrin patentlərində öz əksini tapmışdır. O, müxtəlif Beynəlxalq simnozium və konfranslarda Azərbaycanı uğurla təmsil etmişdir.
Onun rəhbərliyi ilə 12 nəfər fəlsəfə doktorluğu dissertasiyasını və 2 elmlər doktoru dissertasiya işi müdafiə etmişdir; hazırda onun rəhbərliyi ilə 2 fəlsəfə doktoru və 3 elmlər doktoru dissertasiya işi üzərində elmi tədqiqat işləri aparır.