Çiqblər

Tarix elmində Saxurlar alban tayfasi olan "cigbi" (yıxbı) tayfasi ilə eyniləşdirilir. Bu da saxurların yerli xalq olduğunu göstərir. Sonrakı tarixi dövrlərdə isə müxtəlif işğallar zamanı daxili miqrasiyalar nəticəsində saxurlar gah dağ ərazilərinə, gah da Böyük Qafqaz dağlarının cənub ətəklərinə köç etmiş və məskunlaşmışdılar. Bundan əlave çar hökuməti Daniyal sultanı Dağ mahalı kəndlərinin dəstəyindən məhrum etmək üçün bir sıra kəndlərin əhalisini 1852-1855 illərdə düzən əraziyə, Car-Balakən dairəsi ərazisinə, Ləzgi Kordon xəttinə yaxın köçürmüşdür.

Bununla yanaşı, tədqiqatlarımız müxtəlif türk tayfalarının da bu bölgədə yaşadığını sübut etməyə imkan verir. Türklərin burada məskunlaşması dörd tarixi mərhələdə baş vermişdir: kimmer-skif-sak, hun-bulqar-qipçaq-sabir,oğuz-səlcuq, monqol dövrü.
Ümumiyyətlə bu bölgədə yaşayan xalqları yerli ve gəlmələrə bölmək yanlışdır. Bu konsepsiya XIX əsrdə rus müəllifləri tərəfindən irəli sürülmüşdür (konsepsiyaya göre burada yaşayan saxurlar, avarlar ve muğallar gəlmə, "gürcülər" (əslində ingiloylar) isə yerli xalq kimi qələme verilirdilər) və onun məqsədi Azərbaycanın şimal-qərb torpaqlarını guya tarixi gürcü torpaqlar olduğunu sübut etmək idi. Təəssüf ki, bu konsepsiya sonrakı dövrlərdə də müxtəlif formalarda inkişaf etdirilmişdi.