Çirikov burnu

Çirikov burnu (çuk. Нунъэмун) — Çukot yarımadası sahillərində yerləşən qayalı burun. Sahillərini Berinq dənizinin suları yuyur. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Providenski rayonu ərazisinə daxildir.

Çirikov burnu
Yerləşməsi
65°15′39″ şm. e. 175°53′21″ q. u.
Akvatoriya Berinq dənizi
Ölkə  Rusiya
Çirikov burnu xəritədə
Çirikov burnu
Çirikov burnu

Burun Rudder buxtası ilə Anadır körfəzinə tökülən Nunyamovvam çayının mənsəbi arasında yerləşir. Burunun hündürlüyü 542 metr təşkil edir. Buruna ən yaxın yaşayış məntəqəsi 28 km şimalda yerləşir. Çukotkaça çuk. Нунъэмун adı isə tərcümədə — «piylik» mənasını verir. Burun yaxınlığında XVII-XX əsrlərə[1] aid eyni adlı tarix-mədəni kompleks yerləşir. Burunun qayalarında berinq qrabatdağı, qütb qağayısı, gümüşü qağayı, Sakitokean təmizçisi[2] və s. kimi quşlar yuva qurur.

  1. "Список памятников истории и культуры Чукотки". 2014-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-07.
  2. Водно-болотные угодья России. Том 4. Водно-болотные угодья Северо-Востока России / Сост. А. В. Андреев. — М.: Wetlands International, 2001. — 296 с. — ISBN 90-5882-986-3.