Providenski rayonu

Providenski rayonu (çuk. Урэлӄуйым район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rayonun daxilində Providenski şəhər dairəsi yerləşir[2]. İnzibati mərkəzi Provideniya şəhər tipli qəsəbəsidir.

Providenski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

64°27′ şm. e. 173°15′ q. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1957
Sahəsi
  • 26.800 km²
Əhalisi
Əhalisi
  • 3.694 nəf. (2023)[1]
Rəsmi sayt
Providenski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Providenski rayonu Çukotka Muxtar Vilayətinin şərqində, əksər hissəsi Çukot yarımadasının cənub hissəsində yerləşir. Şimalda Çukot, qərbdə İultinski rayonu ilə həmsərhəddir. Sahillərini şərqdən Sakit Okeanın Berinq dənizinin, cənubdan isə Anadır Körfəzi suları ilə yuyur. Rayon ərazisindəki sahil zolağının uzunluğu 850 km-dir. Əksər hissəsi qayalı, dərin körfəzlər və fyordlar ilə kəsilib[3].

İqlim

Providenski rayonu sahildən materikin daxilinə doğru getdikcə dəniz subarktikdən kontinental subarktikə dəyişir. Qışda orta temperatur −16°С; yayda isə + 9°С təşkil edir.

Küləyin maksimum sürəti 40 m/s və daha çox olunur. Fırtına fəallığının kəskin artması payızda baş verir və noyabr-dekabr aylarında maksimuma çatır.

Günəşli saatların illik müddəti yarımadanın şimal-şərqində 1500-1800 saat təşkil edir.

Ərazinin müəyyən coğrafi mövqeyinə görə burada tez-tez dumanlar olur. Ümumilikdə bir il ərzində sahildə orta hesabla dumanlı günlərin sayı yarımadanın cənub-şərq hissəsində 30 ilə 50 gün arasında dəyişir. Rayonun daxili hissəsində isə xeyli azalır (10-15 günə qədər). Bəzi illərdə dumanlı günlərin sayı 100-120 günə qədər ola nilir.

İllik yağıntı ərazi baxımından çox dəyişkəndir. Çukot yarımadasının şərq sahilinə təxminən 250–350 mm yağıntı düşür. Sahildən aralandıqca yağıntıların miqdarında azalma müşahidə edilir. Ümumilikdə ildə 110-150 gün yağıntı müşahidə olunur. Bunun 55-60 % qarlı günlərin, 30-35% yağışlı günlərin, 6-10 % isə qarışıq yağıntının payına düşür.

Providenski rayonu 1957-ci ildə qurulmuşdur[4]. Əvvəllər rayonun ərazisi müasir Çukot və İultinski rayonunun bir hissəsi təşkil edirdi..

Providenski rayonu ərazisindəki yaşayış məntəqələrinin kollektivləşmə və genişləndirmə siyasəti zamanı çoxsaylı düşərgələrdən 5 böyük milli kənd təşkil edilmişdir.

Rayondakı əsas sənaye fəaliyyəti elektrik və istilik enerjisinin, suyun istehsalı və paylanması üzərində qurulub.

Providenski rayonu külçə və çöküntü qızıl, külcə gümüş, qalay, mis, civə və uran yataqları aşkar edilmişdir. Lakin hələ də heç bir sənaye əhəmiyyətli hasilat həyata keçirilmir. Yalnız 1967-1968-ci illərdə az miqdarda qızıl çıxarılmışdır [5].

Urbanizasiya

Şəhər şəraitində (Provideniya qəsəbəsi) rayon əhalisinin 58,45 % yaşayır.

Siyahıya alınmanın nəticələri[6].

1959 1970 1979 1989 2002 2010
Ümumi əhali 6267 8728 8415 9778 4660 3923
Şəhər əhalisi 4840 6586 4643 5432 2723 1970
Kənd əhalisi 1427 2142 3772 4346 1937 1953
Milli tərkib

Çukçalar rayon əhalisinin 36,7% təşkil edir.

  1. Численность населения Чукотского автономного округа по городским округам и муниципальным районам на 1 января 2023 года и в среднем за 2022 год (с учётом итогов ВПН-2020).
  2. "Устав Провиденского городского округа". 2016-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
  3. Водно-болотные угодья России, том 4. (сост. А. В. Андреев). Arxivləşdirilib 2019-11-08 at the Wayback Machine — М.: Wetlands International, 2001, стр 19, ISBN 90-5882-986-3
  4. Указ Президиума Верховного Совета РСФСР от 25 апреля 1957 года
  5. Н. Н. Диков. История Чукотки с древнейших времен до наших дней. — М.: Мысль, 1989. — 492 с. — 20 000 экз. — ISBN 5-244-00275-9.
  6. "1959, 1970, 1979, 1989, 2002, 2010". 2011-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.