Çjantszyatsze Milli Meşə Parkı (çin. 湖南张家界国家森林公园, Pinyin. Húnán Zhāngjiājiè Guójiā Sēnlín Gōngyuán) — Çinin Xunan əyalətinin Çjantszyatsze şəhərində yerləşən milli park.
Çjantszyatsze Milli Meşə Parkı | |
---|---|
Sahəsi | 4810 ha |
Yaradılma tarixi | 1982 |
Yerləşməsi | |
29°19′28″ şm. e. 110°24′53″ ş. u. | |
Ölkə | ÇXR |
Yerləşməsi | Xunan əyaləti |
Yaxın şəhər | Çjantszyatsze |
|
|
Milli park | |
Vikianbarda əlaqəli mediafayllar |
Çjantszyatsze Milli Meşə Parkı, 397,5 km²'lik Vulingyuan Mənzərə və Tarixi yerinin bir hissəsidir.[1] Vulingyuan 1992-ci ildə UNESCO dünya irsi sahəsi olaraq olaraq tanındı.[2] 2001-ci ildə Torpaq və Sərvətlər Nazirliyi tərəfindən "Çjantszyatsze Qumdaşı Meşəsi Milli Geoparkı" adı ilə qorunmağa başlandı. 2004-cü ildə isə Çjantszyatsze geoparkı UNESCO Qlobal geopark siyahısına əlavə edildi.[3]
2016-cı ilin avqust ayında Çində yerləşən şüşə körpülərdən biri Çjantszyatsze şüşə körpüsü milli meşə parkı içərisində ziyarətə açıldı. 6 metr genişliyində olan şüşə körpü, dəniz səviyyəsindən 1,430 metr, yerdən isə 300 metr yüksəklikdə və 430 metr uzunluğundadır. Şüşə körpü Tianmen dağı ətrafındakı uçurumda gəzmək imkanı təmin edir.[4] Açılışdan on üç gün sonra, çox sayda ziyarətçi gəldiyi üçün körpü fəaliyyətini dayandırdı.[5] 2016-cı il sentyabrın 30-u körpü yenidən fəaliyyətini bərpa etdi.[6]