Çonqar boğazı - ukr. Чонгарська протока, krımtat. Çonğar boğazı (Krım yarımadasını materikdən) Çonqar yarımadasını Tyop-Cankoy yarımadasından (Ukrayna) ayırır. Azov dənizinin akvatoriyasına daxil olan Sivaş körfəzinin şərqi ilə qərbini birləşdirir. Uzunluğu 300 m, eni 80–150 m, dərinliyi 3 m təşkil edir. Boğaz vətəndaş müharibəsinin və İkinci Dünya müharibəsinin qanli döyüşlərinə şahidlik etmişdir. Boğaz üzərində iki avtomobil körpüsü vardır. Cənub hissədə yerləşən köhnə körpü istifadəsizdir.
Çonqar boğazı | |
---|---|
ukr. Чонгарська протока, krımtat. Çonğar boğazı | |
Ümumi məlumatlar | |
Eni | 0,08-0,15 km |
Uzunluğu | 0,3 km |
Ən böyük dərinliyi | 3 m |
Yerləşməsi | |
45°59′12″ şm. e. 34°35′07″ ş. u. | |
Ölkə | Ukrayna |
Akvatoriyası | |
Ayırır | Çonqar yarımadasını Tyop-Cankoy yarımadasından |
|
|
Vikianbarda əlaqəli mediafayllar |