Çonqoni qaya təsvirləri


Çonqoni qaya təsvirləriMalavidə, Malavi yaylasının meşəli təpələrində yerləşən 127 ərazidən ibarət qaya təsvirləri və Son daş, Dəmir dövrü fermer cəmiyyətinin şəkilləri.[1] Mədəniyyət tarixinin bu qədim qeydləri hələ də dəyişməzdir.[2]

Çonqoni qaya təsvirləri
Chongoni Rock Art Area [* 1]
Ölkə Malavi Malavi
Tip Mədəni
Kriteriya iii, vi
Keçid 467rev
Region Afrika [* 2]
Daxil edilməsi 2006  (30-cu sessiya)
Çonqoni qaya təsvirləri xəritədə
Çonqoni qaya təsvirləri
Çonqoni qaya təsvirləri

Bu mədəni əhəmiyyətinə görə ərazi, mövcud cəmiyyətlə davamlı əlaqəsi və qaya sənətinin zəngin mədəni ənənələrinə görə 2006-cı ildə vı meyraı altında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[1] Ayin və mərasimləri simvolizə edən qaya təsvirləri, əsasən Şeva qəbiləsindən olan qadınların yaradıcılığıdır.[1] Qəbilələrin təbii yaşayış yerlərindən istifadə və idarəetmə tərzlərini təmsil edən üslub, Çanqoni yaşayış məskənində Bantu qəbilələri tərəfindən də davam etdirilmişdir.[3]

Qaya təsvirlərin yayıldığı ərazi ibtidai icma dövründə məskunlaşılmış və Malavinin ən yüksək şəhəri olan Dedza ( 1,600 metr (5,200 ft)) dağlıq bölgəsinə yaxındır. Buranın Mərkəzi Afrikadakı "qaya təsvirlərinin ən sıx toplusu" olduğu bildirilir.[4] Malavi yaylasında müəyyən edilmiş 127 yer, 125.4 kvadrat kilometr əraziyə yayılmışdır.[5] Meşəli ərazinin təpəlik yamaclarında yerləşən bəzi qayalar layihə çərçivəsində qorunur. 127 ərazidən beşi Çonqoni Meşə Qoruğunun ayrılmış hüdudlarından kənardadır.[1]

Hüquqi vəziyyət

[redaktə | mənbəni redaktə et]

Çonqoni qaya təsvirləri və arxeoloji yerləri qaya təsvirlərinin qorunmasını təmin edən 1990-cı il tarixli Memarlıqlar və Reliktlər Qanununa əsasən qorunur. Bundan əlavə, 1997-ci il Meşə Qanunu ilə qorunan bir sahə elan edilən Çongoni Meşə Qoruğu, qaya sənət sahələrinin çoxunu əhatə edir.[1] Bu iki qanun müddəası mədəni irsin qorunması ilə bağlı Hökumətin siyasətinə uyğundur.[1]

Ərazidə tapılan erkən Daş dövrünə aid arxeoloji tapıntılar Yuxarı Pleystosen dövrünə aiddir. Ərazidə tapılan maddi tapıntılara görə e.ə 2500-ci ildə qaya təvirlərinin yaradıcıları olaraq düşünülən insanlar burada yaşayış məskəni qurmuşlar.[1]

Dəmir dövrünə aid yaşayış məntəqələri eramızın I minilliyindən başlayır və fermerlər tərəfindən ağ qaya şəkillərinin təsvir edildiyi zamanlara təsadüf edilir. Təbii fiqurlar ağ gildən hazırlanmışdı. Təsərrüfat icması və ovçu-yığıcılar sonuncu qrupun əkinçilik qrupuna verildiyi 19-cu əsrə qədər bir yerdə çalışırdılar.[1] XV əsrdə Maravi Çeva xalqı Lubalandın şimal-qərb bölgəsindən buraya köçməsi, bütün qrupları birləşdirərək Maravi İmperiyasının qurulması ilə nəticələndi.[1]

Ərazi 1924-cü ildə Meşə Qoruğu elan edildikdən və kəndlərin sərhədləri ayrıldıqdan sonra 1930-cu illərdə ilk qaya təsvirlərinin tapıldığı bildirildi və daha sonra 1950-ci illərdə bir neçə ərazinin təfərrüatları dərc olundu.[1] 1969-cu ildə ümumilikdə 127 ərazidən beş qaya təsviri qorunan milli abidə elan edildi və ictimaiyyət tərəfindən ziyarətə açıldı.[1]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sələfləri rəsmlərində qırmızı rəng istifadə etmək ənənəsinə sahib olduğu halda, Çeva xalqının əraziyə köçməsindən sonra ağ gil təsvirlər üçün istifadə olunan əsas vasitə idi.[5] Bu ənənə indi də aktualdır və qadınların təşəbbüsü, yağış yağması və digər dəfn mərasimləri ilə bağlıdır.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Chongoni Rock Art Area". UNESCO Organization. 21 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 November 2013.
  2. Frankel, Lawrence, 2013. səh. 2
  3. Bolger, 2012. səh. 332
  4. Capua, 2009. səh. 72
  5. 1 2 "Chongoni Rock-Art Area (Malawi)". Trust for African Rock Art. İstifadə tarixi: 11 November 2013.[ölü keçid]