Çovdar qızıl yatağı

Çovdar qızıl yatağı
azərb. Çovdar qızıl yatağı
40°35′42″ şm. e. 46°05′28″ ş. u.
Ölkə  Azərbaycan
RayonDaşkəsən
Kəşfi1998
Ehtiyatı51 100 t
Hasilatçı:AzerGold
Çovdar qızıl yatağı (Azərbaycan)
Daşkəsən yer xəritəsi hələ yoxudur.

Çovdar qızıl yatağıDaşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur.[1]

Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetalmis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t- dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Çovdar" yatağı". AzerGold. 2020-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-30.