Çox

Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir.

Çox
42°18′56″ şm. e. 47°01′48″ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 3.332 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368350
Xəritəni göstər/gizlə
Çox xəritədə
Çox
Çox
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir[2]. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edi[3]r. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur.

Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər. İlk qala 700 il əvvəl inşa edilmişdir[4]. Böyük ipək yolu Çoxdan keçirdi. Çox bütün Dağıstan yaşayış məntəqələri kimi, tez-tez hücuma məruz qalırdı. İşğal olunmuş aulları tərk edən hərbi liderlər, nəsillərini hökmdar olaraq burada qoyurdular.

XIV əsrin əvvəllərində Ərəb fatehi Əbu Müslim 12 kiçik kəndi birləşdirir və nəticədə Çox aulu ortaya çıxır. Avar əfsanəsinə əsasən Əbu Müslimin, Çoxdan ayrılaraq qılıncını, paltarını və bayrağını oğluna buraxdığını deyilir. Eyni zamanda, Ramazan bayramı günü ailənin böyüyünə cümə məscidinin damına qalxmağı və qılıncını üç dəfə sakinləri sonuncu olaraq islamı qəbul edən Ruquca kəndinə tərəf silkələməyi vəsiyyət edir. Əbu Müslim özü bir Qidatlidən olan şəxsin vurduğu oxla öldürülür və Xunzaxda dəfn edilir, onun sirri bu günə qədər qorunub saxlanılmışdır. Maraqlıdır ki, Çoxun yaşlı sakinləri hələ də bir neçə onilliklər əvvəl Əbu Müslimin bu əmrinə necə ciddi şəkildə əməl edildiyini xatırlayırlar.

1849-cu ilin fevralında Şahzadə Arqutinski, Şamilin əhəmiyyətli dəstələr topladığını öyrənərək Turçi-Dağ təpələrində bir dəstə ilə pusqu qurur. Bir hücum planı hazırlayaraq, uzun müddət döyüşkən üsyançıların diqqət mərkəzində olan Çoxa köçür. Qoşunların gəlişi Çoxda böyük bir səs-küyə səbəb olur. Sakinlərin malları ilə dolu arabalar və mal-qara sürüləri kənddən çıxarılır. İçində yalnız möhkəmlənmiş ərazilərdə gizlənən müdafiəçilər qalır. Şamilin Kara-Koysu çayının sol sahilində yerləşən 10 min ordusu vardı. Dağlıları süngü ilə ilk tıxaclardan qovan qoşunlar mühasirəyə başladılar. Çoxa istehkamı üç tərəfdən dik əlçatmaz uçurumlara söykənirdi. Düşmənin gücü Şahzadə Arqutinskini hücumu dayandırmağı və mühasirəni gücləndirməyə məcbur etdi. 11 avqustda 24 topla bütün bir həftə davam edən Çoxanın bombalanması başlayır. Bacarıqlı Misir mühəndisi tərəfindən tikilən divarlar uçuruldu və iki qüllə dağıldı. Şamil tələm-tələsik torpaqla dolu boşuğu doldurmağı əmr etdi. Dağıntıların arxasında, müəyyən qüvvələrlə götürülməsi çətin olan və möhkəmlənmiş yüksəkliklərin olduğunu nəzərə alaraq, uzaqlıq səbəbiylə Çoxu saxlamaq daha da çətin olduğunu nəzərə alaraq, Şahzadə Arqutinski hücumu ləğv edərək 21 avqustda qərargaha çəkildi. Hücum zamanı 260 adam ölmüş, 340 yaralanır. Deyirlər ki, Çoxun mühasirəsi zamanı Şamil and içir: "Əgər Arqutinski Çoxu alarsa, mən naiblərdən çalmaları çıxardacağam".

Kiçik Çox kəndi, Böyük Vətən müharibəsinin ilk günündən 300 sakinini cəbhəyə göndərir. Onların yarısı döyüş meydanından qayıtmır. Daitovlar ailəsi dörd oğlunu da cəbhəyə yola salır, hamısı da dünyasını dəyişir. Çoxun dörd sakini Berlindəki Reyxstaqda öz imzalarını qoymuşlar.

  1. "1.5. Численность населения городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов Республики Дагестан". İstifadə tarixi: 2024-06-25..
  2. "История села Чох — МО Чох". xn----wtbgb9ak.xn--p1ai. 2017-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
  3. "Экспедиции Н. И. Вавилова по Кавказу". www.activestudy.info. 2018-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
  4. "Дагестан в эпоху древности". biofile.ru. 2017-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.