Xunzax (avar. Хунзахъ) — Dağıstan Respublikası, Xunzax rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xunzax rayonunun və Xunzax kənd sovetliyinin mərkəzidir. Levaşi kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. Avar Sərir dövləti, Avar Xanlığı və Avar dairəsinin mərkəzi olmuşdur.
Xunzax | |
---|---|
42°33′ şm. e. 46°45′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368260 |
Digər | |
khunzakh.ru | |
Əhalisi 4,2 min nəfərdir (2010). Kənd əhalisinin böyük əksəriyyətini avarlar təşkil edir.
Elmi dünyada kəndin adının mənşəyi ilə bağlı fikir birliyi yoxdur, bu səbəbdən fərqli, bir-birinə ziddiyyətli versiyalar mövcuddur:
XI əsr gürcü tarixçisi Leonti Mroveli kəndin Nuh peyğənbərin nəslindən olan Xunzax tərəfindən salındığı bildirir. O, köçərilərin təzyiqindən dağlıq əraziyə köç etmək məcburiyyətində qalmış və burada bir şəhər salmışdır. öz adını isə bu yaşayış məntəqəsinə vermişdir.
Xunzax bir neçə dəfə dağılmış və yenidən qurulmuşdur. Buna görə bəziləri hesab edir ki, Xunzax adı “Xun bax” (Avar dilindən tərcümədə “öldü və yenidən doğuldu”) ifadəsindən yarana bilər.
Digər versiyaya görə isə bu toponim Xanbazax sözündən meydana gəlmişdir. Belə ki, Xunzax Avar xanlarının mərkəzi iqamətgahı olmuşdur.
İstisna edilmir ki, Xunzaxın adı onun meydana gəldiyi yerin adından ortaya çıxmışdır. Avarlarda buna bənzər nümunələr çoxdur.
Xunzax yaylası Dağıstanın mərkəzində, Mahaçqala şəhərindən 140 km məsafədə yerləşir. Yayla 1700–2000 m dəniz səvityyəsindən yuxarıda yerləşir. Qatı süxurlardan, qismən bərk əhəng daşlarından ibarətdir. Sıdırımlı, bəzi yerlərdə on və hətta yüzlərlə metr dik kənarları vardır. Xunzax yaylası respublikanın bütün yaylalarına nisbətdə daha geniş ərazini əhatə edir. Yayla 25 km uzunluğa, 8–10 km enə malikdir. Ümumulukdə yayla 250 km² ərazini əhatə edir. Relyef quruluşuna görə, Xunzax yaylası kiçik təpələrdən və yarğanlardan ibarət meylli düzənlikdir. Xunzax yaylası Sulak hövzəsinə aiddir.
Xunzaxdan digər yaşayış məntəqələrinə yol ilə məsafə.
Şəhər/kənd | məsafə, km | |
---|---|---|
1 | Mahaçqala | 140 |
2 | Dərbənd | 195 |
3 | Buynaksk | 90 |
4 | İzberbaş | 146 |
Xunzax yaylasının iqlim şəraiti Qunibdən daha sərtdir. Buradakı orta illik temperatur +6,6 °C, illik yağıntının miqdarı 532 mm təşkil etdiyi halda, Yuxarı Qunibdə isə demək olar ki, eyni hündürlükdə orta illik temperatur +8.1 °C, illik yağıntının miqdarı isə 507 mm təşkil edir. Xunzax üçün güclü küləklər xarakterikdir. Küləklərin gücü bəzən 8 bala çatır. Xunzax yaylasındakı iqlimin xüsusiyyəti açıq bir ərazidə yerləşməsi və demək olar ki, hər tərəfdən hava kütlələrinin nüfuz etməsi ilə izah olunur.
Xunzax Avar xanlığının mərkəzi olmuşdur. 1837-ci ildə rus qoşunları tərəfindən işğal edilmişdir.[2]. 1843-cü ildə Şeyx Şamilin nəzarətinə keçir. 1859-cu ildə isə yenidən ruslar tərəfindən ələ keçirilir. 1864-69-cu illərdə hərbi istinadgah inşa edilmişdir. 1864—1928-ci illərdə avar dairəsinin mərkəzi olur.
Rəsul Həmzətov (1923-2003) - Avar şairi, nəsr yazıçısı, publisist; sovet, rus ictimaiyyi və siyasi xadimi, tərcüməçi.
Məsləmə ibn Əbdülmalik — şeyx, avarlar arasında islamı yayan, Xunzaxda dəfn olunmuşdur.
IV Ümmə xan — avar xanı.
IV Muhammed nusal — avar xanı.
Maqsud Əlixanov Avarski — çar generalı, Mərv mahalının başçısı və Tiflis valisi.
Kaytmaz Alixanov — polkovnik.
Hacı Murad — Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır.
Zaqidat Maqomedbekov (1920—1999) — Dağıstanşunas.
Zaid Hacıyev (1898—1971) — avar şairi, Dağıstan MSSR Xalq şairi.
Əlixan Hüseynov (1814—?) — Şamilin müridi, sonradan çar qoşunlarının general-mayoru.
Ömər ibn əbd-Assalam əd-Dağıstani (1759—1792) — Mədinədə yaşayan dini xafim, şair.
Əbubəkr ibn Abdusalyam Dağıstani — mədinədə yaşayan hənəfi məzhəbinə görə məşhur din xadimi.
Osman ibn Əbdussəlam ibn Əbubəkra ibn Əbdusalyam Dağıstani — Mədinədə hənəfi məzhəbinin müftisi.