Çoxbucaqlı (kompüter qrafikası)

Çoxüzlu poliqonal model.

Poliqon və ya çoxbucaqlı (ing. Polygon) — sonlu sayda ardıcıl sınıq xəttlərdən ibarət qapalı fiqur. Poliqonlardan kompüter qrafikasında üçölçülü görünüşlü şəkillər yaratmaq üçün istifadə olunur. Adətən üçbucaqlı formasında olan poliqonlar obyektin səthinin modelləşdirilməsində, təpələrin seçilməsində və obyektlərin renderləndirilməsində istifadə edilir. Poliqon hesabı hər kadrda render edilən poliqonların sayına deyilir.

Poliqonlardan istifadə beşinci nəsil videooyun konsolları ilə daha çox istifadə edilmişdir. Poliqonlar hər növbəti nəsildə daha mürəkkəb olur.

  • Vu, Mason; Neyder, Ceki; Devis, Tom; Şreyner, Deyv. Uizli, Eddison (redaktor). OpenGL Programming Guide (ingilis) (Third edition). Junta de revisión de la arquitectura OpenGL. 1999. ISBN 0201604582.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]