Çoxsəviyyəli kriptoqrafiya (ing. Multilevel cryptography) – simmetrik kriptosistemlər üçün kriptoqrafik açarların xüsusi metodla seçilməsinə əsaslanır, R.Rayvest tərəfindən təklif edilib. Bu mexanizmdən istifadə edən kriptosistem elə qurulur ki, ilk kriptoqrafik açar ixtiyari seçilə bilər, sonrakı açarların seçilməsi isə müəyyən qanuna tabe olmalıdır. Belə kriptosistemlərin yaradılması zərurəti ABŞ-də “güclü kriptoqrafiya”nın ixracına məhdudiyyətlərin qoyulması ilə meydana çıxmışdı.