Çuğundur salatı — məşhur salat tərəvəzidir. Veneqret, şuba və digər bu kimi klassik salatların əsas inqredienti çuğundurdur. Bildiyimiz kimi bu tərəvəz salatlarda artıq bişirilmiş halda istifadə edilir. Çuğundur gec bişir və bəzi sirləri bilməklə onun bişmə vaxtını 2-3 saatdan 10-45 dəqiqəyə qədər azaltmaq mümkün olar.[1] Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir.Çuğundur qan yaradır və tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır.[2]