Vanadium

23 titanvanadiumxrom
-

V

Nb
Ümumi
Ad, İşarə, Nömrə vanadium, V, 23
Qrup, Dövr, Blok 5, 4, d
Xarici görünüşü
Atom kütləsi 50.9415 q/mol
Elektron formulu [Ar] 3d3 4s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 1910 °C
(2183 K, 3470 °F)
Qaynama temperaturu 3407 °C
(3680 K, 6165 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Vanadium (V) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 23-cü element.

Paslanmayan polad istehsalında əhəmiyyətli bir qatqı maddəsidir. Polad səthlərinin titan örtülməsi əməliyyatında da, bağlayıcı element olaraq istifadə edilir. Vanadium pentoksit tərkibli, keramika istehsalında katalizator və boya sabitləşdirici olaraq istifadə edilir. Bundan əlavə, süperiletken maqnitlərin istehsalında, çox dayanıqlı və uzun ömürlü ərintiləri əldə etməkdən ötəri də istifadə edilir. Yer qabığında vanadium 1,5·10–2% (kütlə ilə) miqdarındadır. Bitkilər onu torpaqdan udur. Bitkilərdə vanadiumun miqdarı orta hesabla 0,001% (kütlə ilə) təşkil edir. Vanadium hüceyrədə maddələr mübadiləsində iştirak edir. Vanadiumun "yığıcılarından" biri hamıya yaxşı tanış olan zəhərli solğun poqanka göbələyidir. Kif göbələyi olan qara aspargill isə yalnız vanadium duzlarının iştirakı ilə inkişaf edir.

Heyvanların orqanizmində orta hesabla 0,0001% (kütlə ilə) vanadium olur. Dənizlərin və okeanların bəzi canlılarının – dəniz kirpisinin və qoloturun qanında vanadiumun miqdarı kütlə ilə 10%-ə çatır. Ehtimal olunur ki, vanadium bu canlılarda dəmirin hemoqlobində və ya maqneziumun xlorofilldə oynadığı rolu oynayır. Vanadium hər şeydən əvvəl qidalanma proseslərində iştirak edir.

Argentinada öküzlərindonuzların qidalarına vanadium birləşmələri qatılmaqla təcrübələr aparılmışdır. Bu zaman heyvanların iştahı yaxşılaşmış, onların çəkiləri sürətlə artmışdır.

Yaşlı adamın orqanizmində 100 m/kq-a yaxın vanadium olur. Qida məhsulları ilə vanadiumun orqanizmə sutka ərzində qəbulu 2 mq olur. Vanadium orqanizmin müdafiə funksiyasının yüksəlməsində əhəmiyyətli rol oynayır. O, faqositlərin – xəstəlik törədici mikrobları udan və orqanizmin infeksiyalı xəstəliklərə tutulmağa dözümlülüyünü artıran hüceyrələrin hərəkətini stimullaşdırır. Biokimyəvi tədqiqatlar sübut etmişdir ki, digər mineral maddələrlə birlikdə vanadium qocalma prosesini ləngidir. Vanadium toxumaların oksigen udmasını gücləndirir, ürək əzələsinin funksiyasına, əsəb sisteminə, böyrəklərə, qara ciyərə, qanda şəkərin miqdarına təsir edir.

Vanadiumun daha geniş məlum olan və insan tərəfindən daha geniş istifadə edilən birləşmələri aşağıdakılardır:

V(OH)2 – vanadium (II) hidroksid

VO – vanadium (II) oksid

VCl2 – vanadium (II) xlorid

VBr2 – vanadium (II) bromid

VJ2 – vanadium (II) yodid

VF2 – vanadium (II) flüorid

Pb5(VO4)3Cl – vanadinit

Vanadium 1830-cu ildə isveç kimyaçı – mineraloqu N. Sefstrem tərəfindən dəmir filizlərinin tədqiqi zamanı kəşf olunmuşdur və qədim skandinaviya ilahəsi Vanadisin şərəfinə vanadium adlandırılmışdır.

Insan orqanizmində vanadium atomlarının sayı 2,4·1020, bir insane hüceyrəsində isə 2,4·106 ədəddir.

Qida məhsulları ilə vanadiumun orqanizmə sutka ərzində daxil olan miqdarı 2 mq olur. Təbabətdə vanadium anemiyanın, vərəmin, revmatizmin, siflisin müalicəsində istifadə olunur.

Hazırda tibdə vanadium duzlarının şəkərli diabetin müalicəsində istifadəsinin perspektivliyi məsələsi yoxlanılır, çünki, vanadatlar insulinə bənzər effektə malikdirlər.

Vanadium gözəl rəngli birləşmələr əmələ gətirdiyindən ona skandinaviya gözəllik ilahəsinin adı verilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]