Çudihu

Çudihu şanyü (v. e.ə. 95) — əmisinin ölümündən sonra cavan yaşda hakimiyyətə gəldi.

Çudihu
且鞮侯
ƏvvəlkiSuylihu
SonrakıHuluqu
Şəxsi məlumatlar
Vəfat tarixi e.ə. 95
Atası İçizin adsız bir oğlu
Həyat yoldaşı Yançji
Uşaqları Huluqu, adsız bir oğul və qız

Yaşının azlığına baxmayaraq siyasəti bilən hökmdar taxta çıxan kimi onun yanına gələn Çin elçisinə yaşının azlığını bəhanə edərək müzakirələri sonraya təxirə salmağı təklif etdi. Bütün saxlanılmış Çin elçilərini göndərdi. Əsl adı Çedi olan şanyü həmin il yeni bir Çin elçi heyətini qarşıladı. Heyətin bir üzvü olan Çanq Şenq Hunların çinli məhbuslarını üsyana, şanyünün anasını qaçırdıb şanyünün məsləhətçisini öldürməyə təhrik etməyə çalışdı. Şanyü planın üstünü açanda əsəbləşərək bütün elçiləri Baykal gölü ətrafına sürgünə göndərdi. Sülh danışıqlarının işləmədiyini görən İmperator Vudi yenidən hücumlara başladı. Üç tərəfdən ordu göndərdi. Birinci orduya Li Kuanqli başçılıq edirdi. O hun əsirlərini alarkən qayıdanda hunların tələsinə düşdü və 70 faiz əsgəri öldürüldü. İkinci ordu əliboş Çinə qayıtdı. Üçüncü orduya başçılıq edən Li Lin birbaşa şanyüyə hücuma keçdi amma mühasirəyə alınıb aclıqdan ölməkdənsə 400 əsgəri ilə birlikdə Hunların tərəfinə keçərək[1] şanyünün qızı ilə evləndi. Xakasiyaya göndərilərək oranın idarə etməyə başladı.

Şanyünün ölümündən bir il əvvəl Li Kuanqlinin başçılığı altında Çin ordusu Yuyu çayı sahilində hunlarla 10 gün döyüşəndən sonra məğlub olaraq geri çəkildi. Çin hücumlarını dəf edən hunlar ətraf şəhərləri qarət edib qənimətlə qayıdırdılar. Li Kuanqli hunlara qarşı yeni bir səfərə hazırlaşarkən ailəsinin cadugərliklə günahlandırıldığını öyrəndi. Li tələsik Hunlara hücum etdi ki, imperatorun mərhəmətini qazansın, lakin tezliklə geri çəkildi. Çudihu şanyü Li Kuanqlinin yolunu 60 min atlı ilə kəsdi. Çin ordusu böyük bir məğlubiyyətə uğradı. Li Kuanqli təslim oldu. Onun ailəsi isə Çində edam edildi.

Çudihu şanyünün iki oğlu vardı. Kiçik oğlu Huluqu onun ölümündən sonra taxta keçdi.

  1. Taskin B.S., "Materials on Sünnu history", Science, Moscow, 1968, p. 31 (In Russian)