Huluqu şanyü (v. e.ə. 84) — eramızdan əvvəl 96-cı ildə atasının yerinə taxta keçmişdi. Hakimiyyətə gələndə adı bilinməyən bir qardaşını vəliəhd təyin etsə də o tezliklə vəfat etmişdi.
Huluqu | |
---|---|
狐鹿姑 | |
Əvvəlki | Huyandi |
Sonrakı | Çudihu |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | e.ə. 84 |
Atası | Çudihu |
Anası | Yançji |
Həyat yoldaşı | Çüançjü |
Uşaqları | bir oğul və bir qız |
Hakimiyyətinin ilk 6 ili sakit keçən Huluqu 90-cı ildə keçmiş düşmənləri olan qonşuları Vanqu və Vuhuanlardan çinlilərə qarşı böyük bir ordu qurmaqda yardım etməsi üçün əsgər istədi. Vuhuanlardan 70.000 əsgər gəldi. Hun şahzadəsi Çyueçen 30.000 əsgərlə, Mantun isə 40.000 əsgərlə gəldi. Şanyü Altay dağlarına çəkilərək döyüşə hazırlaşmağa başladı. Çin ordusu Hun dövlətinin içərilərinə daxil olub heç kimi tapmayandan sonra qayıdarkən Hun generalı Li Linin hücumuna məruz qalaraq geri çəkildi. Huluqu Çin ordusunu böyük bir məğlubiyyətə uğradaraq Çindən 600 litr şərab, 2 milyon litr düyü və 100.000 top ipək tələb etdi. İmperator buna cavab vermədi. Huluqunun əsiri olan Li Kuanqlinin Huluqunun qızı ilə evlənməsinə dözə bilməyən əyanlar şamanlar vasitəsilə şanyünün anasının xəstəliyinin səbəbinin Li Kuanqli olduğunu uydurdular. Əfsanəyə görə şanyü Li Kuanqlinin edam əmrini verərkən Li bu ədalətsiz edama görə bütün milləti lənətləmişdi. Həqiqətən də sonrakı illər hunlarda yoluxucu xəstəlik baş vermişdi. Şanyü buna görə Li Kuanqlinin müqəddəsləşdirilməsini və ona tapınılmasını əmr etdi. İmperatorun ölməsi və taxta yeni çıxan İmperator Çaodinin sülh müzakirəsini rədd etməsindən sonra xəstələnən Huluqu oğlu öldüyünə görə əyanlar və həyat yoldaşının təklifi ilə vəliəhd olaraq qardaşı oğlu Huyandini təyin etdi.