Çukikamata (isp. Chuquicamata) — ərazisinə görə dünyanın ən böyük açıq mədəni. Mədən ilə eyni adı daşıyan və 1915-ci ildən istismar olunan yataqdan mis filizi hasil edilir. Mədən Çilinin şimalında 2840 m yüksəklikdə mərkəzi And dağlarında, Antofaqasta şəhərindən 240 km şimal-şərqdə yerləşir. Dünyanın ən böyük mis istehsalçısı olan Çili Milli Mis Korporasiyasının tərkibinə daxildir.
Çukikamata | |
---|---|
Yerləşdiyi yer | |
Ölkə | |
Koordinatlar | 22°17′26″ c. e. 68°54′07″ q. u.HGYO |
İstehsal | |
Məhsullar | mis |
Vikianbarda əlaqəli mediafayllar |
Uzun illər ərzində mədən gündəlik çıxarılan və daşınan süxur kütləsinin — mis filizi və daş örtüyünün həcminə görə dünyanın ən böyük mədəni statusunu daşımışdır. Ancaq bu yaxınlarda süxur çıxarılması və daşınması sahəsindəki birincilik mövqeyini Eskondida mədəninə təhvil verməli olmuşdur. Bununla belə Çukikamata öz ölçülərinə görə dünyanın ən böyük mədəni olaraq qalmaqdadır: onun uzunluğu 4,3 km., eni isə 3 km-dır. Dərinliyinə görə (850 metr) Çukikamata dünyada Bingem-Kanyon mədənindən sonra (1200 metr) ikinci yerdədir.[1]
Mədən 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərindən CODELCO şirkəti tərəfindən istismar olunur. Hazırda mədəndən ildə dəyəri 3 milyard ABŞ dolları olan 1 milyon tondan çox mis hasil edilir[2]