Çuxurdərə yaşayış yeri

ÇuxurdərəNaxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndinin cənubunda, eyniadlı dəmiryol stansiyasının yaxınlığında yaşayış yeri.

Quru çay vadisinin hər iki sahilində yerləşən yaşayış yeri beş hektardan artıq sahəni əhatə edir. Sel sularının yuyub açdığı yarğanlarda mədəni təbəqənin qalınlığı 0,5-1,5 m arasındadır. Yaşayış yerində dördkünc formalı evlərin qalıqları saxlanmışdır. Evlərin bünövrəsi daşdan, divarların yuxarı qismi isə möhrədən inşa olunmuşdur. Aşkar olunan arxeoloji materiallar çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz saxsı məmulatından ibarətdir. Yerüstü materiallar arasında xeyli miqdarda saxsı su borularının qalıqlarına rast gəlinməsivaxtilə yaşayış yerinin bol su ilə təmin olunduğunu təsdiq edir. Abidəni XIV-XVIII əsrlərə aid etmək olar[1]

  1. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.