Vəli Baxşəliyev (tam adı: Baxşəliyev Vəli Baxşəli oğlu; 5 iyun 1955, Böyükdüz, Naxçıvan rayonu) — arxeoloq, tarix elmləri doktoru (2005), professor, AMEA-nın müxbir üzvü (2007).[1]
Vəli Baxşəliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Böyükdüz, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | arxeologiya |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu |
Alma-mater | Naxçıvan Dövlət Universiteti |
Təhsili |
|
Üzvlüyü | AMEA-nın müxbir üzvü (2007) |
Mükafatları |
Vəli Baxşəliyev 5 iyun 1955-ci ildə Babək rayonunun Böyükdüz (hazırda Kəngərli rayonunun) kəndində anadan olub. 1972-ci ildə Şərur rayon Хоk kənd orta məktəbini bitirmiş, 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Azərbaycanın rayonlarında müəllimlik etmişdir.
1982-ci ildə А. А. Bakıxanov adına Tarix Institutunun aspiranturasına qəbul olmuş, 1986-cı ildə oranı bitirərək "Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti" mövzusunda namizədlik dissertasiyasını hazırlamışdır. Həmin il SSRİ ЕА Leninqrad Bölməsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1983–1986-cı illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasının müdiri işləmiş, 1986-cı ildə Azərbaycan SSR ЕА Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1988–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aprarmış, aşkar olunan abidələri monoqrafiya halında çap etdirmişdir. Elmi fəaliyyəti dövründə II Kültəpə, Şahtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala və yüzlərlə digər abidələrin tədqiqində iştirak etmişdir. 1995–1999-cu illərdə İstanbul Universitetinin müəllim və tələbə heyəti ilə birlikdə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirak etmişdir. Ərzurum, Van, Konya, Təbriz, Tehran, Münxen, Corciya, Lion və digər Universitetlərin müəllimləri ilə elmi əməkdaşlıq etmiş, Omsk, Tiflis, Bakı, Van, Ərzurum və İstanbulda keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. Xaricdə dörd monoqrafiya və otuzdan artıq məqaləsi nəşr edilmişdir. Hazırda 30 kitabın, 220 elmi məqalənin, 40-dan artıq elmi-kütləvi məqalənin müəllifidir. Əsərlərimin bir qismi ingilis, rus, alman və türk dillərində nəşr olunmuşdur. Tədqiqatlarımı davam etdirməklə bərabər "Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti" adlı doktorluq dissertasiyası üzərində işləmiş, 2005-ci ilə həmin dissertasiyanı müdafiə etmişdir. Elmi fəaliyyəti müddətində Azərbaycan arxeologiyasının mühüm problemlərini araşdırmağa çalışmış, Naxçıvanın arxeoloji abidələrini toplu halında nəşr etdirmişdir. Azərbaycanda yayılan arxeoloji mədəniyyətlərin tarixləndirilməsi və mənşəyi ilə bağlı yeni fikirlər söyləmiş, Gəmiqaya təsvirlərinin semantikasının açılmasında, habelə arxeoloji mədəniyyətlərin etnik mənsubiyyətinin müəyyən edilməsi sahəsində müəyyən işlər görmüşdür. Apardığım araşdırmaların nəticələrindən Azərbaycan arxeologiyasına aid monoqrafik əsərlərin, Naxçıvan ensiklopediyasının yazılmasında istifadə edilmişdir. Naxçıvanın tarixi abidələri ensiklopediyası üçün 600-dən artıq elmi məqalə hazırlamışdır. 2006-cı ildə ABŞ-nin Corciya Universiteti və Fransanın Lion Universitetinin əməkdaşları ilə birlikdə Ovçulartəpəsi, II Kültəpə, Maxta Kültəpəsi, Oğlanqala və onlarla digər abidədə tədqiqat aprmışdır. Hazırda Naxçıvanın tarix və mədəniyyət abidələrinin qeydə alınması və pasportlaşdırılması məqsədilə aparılan işlərə rəhbərlik edir. Tədqiqat zamanı qeydə alınmış 600-ə yaxın arxeoloji, tarix və mədəniyyət abidəsi haqqında elmi məlumat hazırlanmasında iştirak etmişdir.