Çveneburilər

Çveneburi – kökləri Gürcüstana dayanan və Türkiyədə yaşayan gürcülərə verilən addır. Gürcücədən “bizdən olan, bizim kimi olan” mənasına gəlir. Müsəlman gürcülərin bu adlandırmanı özlərini xristian gürcülərdən, müsəlman türklərdən və oturaq müsəlman gürcülərdən ayırmaq üçün istifadə etdiyi güman edilir. Çveneburilər Sünni məzhəbinin Hənəfi qoluna mənsubdurlar.[1]

Çveneburilər

Türkiye'de Çveneburiler
Özünüadlandırma
ჩვენებური
Dili

Türkcə
Gürcücə

Dini

Sünni Müsəlman

Qohum xalqlar

Gürcülər

Çveneburilər üç fərqli dövrdə Türkiyəyə köç etmişdirlər. İlk köç dalğası 1828-1829-cu illərdə Osmanlı-Rus müharibəsində Osmanlı hakimiyyəti altındakı gürcü torpaqlarının Rusiyanın əlinə keçməsindən reallaşdı. Ən böyük köç dalğası isə 1877-1878-ci illər Osmanlı-Rus müharibəsinin ardından başladı. Rusiya və Osmanlı arasında imzalan köç razılaşmaları ilə başlanan və bu razılaşmanın yenilənməsi ilə davam edən köç dövründə müsəlman gürcülər Artvin, Acara, Ərdaha, Samsthe, Aşağı Quriya bölgələrindən Osmanlı torpaqlarına köç etdilər. Köç etdikləri bölgələrin böyük bir qismi demək olar ki, insansız qaldı. Mahaceret və ya Muhaciroba olaraq da bilinən bu köç sırasında bugünkü Kobuletidən köç edənlər özlərini Çürüksulu, Batumdan köç edənlər Batumlu, Yuxarı Acariya və Aşağı Acariya sancaqlarından köç edənlər Acaralı, Macahelidən köç edənlər Macahelli olaraq adlandırdılar. Lakin ortaq adlandırma termini Çveneburi olmuşdur. 1921-ci ildə Gürcüstan Demokratik Respublikasının yıxılıb, yerində sovet hakimiyyətinin qurulmasından sonra iki ölkə arasında sərhədlər yenidən çəkildi. Üçüncü köç dalğası da məhz bundan sonra başladı. Bu son köçdə Yuxarı Acariyadakı türkdilli müsəlman kəsim də köç etdi.[2]

Türkiyənin xüsusilə şimal ərazilərində yerləşmişdirlər. Bugünki Giresun, Rize, Ordu, Samsun, Sinop, Amasiya və Tokat illəri bu yerlərin başında gəlir. Ən çox əhali isə Fatsa, Ünye, Ordu, Terme və Çarşamba ətraflarında yerləşmişdir. Daha qərbdə - Bolu, Mərmərə, Düzcə, Sakarya, Kocaeli, Bursa və Balıkesir illəri Çveneburilərin yerləşdiyi ərazilərdəndir.

Gürcülərin kompakt olaraq yaşadığı Artvin ili xaricindəki bölgələrdə yaşayan Çveneburilərin sayının təxminən 1 milyon olduğu təxmin edilir. Artvin ətrafında gürcüdilli əhalinin sayının 50.000 olduğu ehtimal edilir. Türkiyədəki gürcülərin dəqiq sayı bilinmir, köhnə gürcücə bilmə statistikalarına əsasən, onların saylarının keçmişdə 60 min olduğu güman edilir. Bu gün bu rəqəmin sayının daha çox olduğu dəqiqdir.[3]

Türkiyədəki gürcülərin əksəriyyəti gürcü dilinin dialektlərindən biri olan Acar dialektindən istifadə etməkdədirlər. Ancaq mühacir gürcülərin köç etdikləri bölgələrə əsasən ləhcələrində müəyyən fərqliliklər müşahidə edilir.

Türkiyədəki mühacir gürcülər özlərini gəldikləri bölgələrə əsasən Acaralı, Çürüksulu, Kobuleti, Batumeli, Maçahelli deyə adlandırırlar. Ümumi olaraq isə daha çox Çveneburi adlandırmasından istifadə edirlər..[4]

Osmanlı tərkibinə daxil olan gürcülərin bir qismi tədricən din dəyişdirdi və gürcü mənasına gələn Kartveli termini onlar üçün xristian gürcülər anlamına gəldi. Bu dövrdən etibarən onlar özlərini daha çox Gurci adlandırmağı üstün tutdular, onlar üçün din motivi çox güclüdür və onlar üçün onların kimliyinin əsas təməlidir. Buna görədir ki, köç etdikləri digər yerlərdə də digər sünni müsəlmanlarla qaynayıb qarışmışdırlar. Türk tarixçiləri Fəxrətdin Kırzıoğlu və Yunus Zeyrək çveneburilərin etnik olaraq gürcü olmadığını, Acariyadan gəldiklərini və etnik baxımdan Acar olduqlarını iddia etmişdirlər.[5]

Məşhur çveneburilər

[redaktə | mənbəni redaktə et]
  • Gürcü Mehmed Paşa
  • Yırmisekkizzadə Mehmed Səid Paşa
  • Xurşud Əhməd Paşa
  • Koca Yusif Paşa
  • Mahmud Nədim Paşa
  • Əhməd Həmdi Tanpınar
  • Fikri Sönməz
  • Nəbahət Çehrə
  • Fəxrəddin Çiloğlu
  • Bəyazid Öztürk
  • Murad Cemcir
  • Gürkan Uyğun
  • Əhməd Özkan Melaşvili
  1. Fuat Dündar, Türkiye Nüfus Sayımlarında Azınlıklar, 2000
  2. Peter A. Andrews & Rüdiger Benninghaus (1989), Ethnic Groups in the Republic of Turkey, Vol. 1, p. 174. Reichert, ISBN 3-88226-418-7.
  3. Kevin Tuite (1998), Kartvelian morphosyntax: number agreement and morphosyntactic oritntation in the South Caucasian languages Arxivləşdirilib 2018-02-18 at the Wayback Machine, p. 178. Lincom Europa.
  4. [1] Arxivləşdirilib 2018-06-16 at the Wayback Machine.
  5. "Muhacir Gürcüler yada Çveneburiler - მუჰაჯირი ქართველები ან ჩვენებურები". Çveneburi. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 May 2014.