Çyornaya çayı (Çir)

Belaya çayıRostov vilayəti ərazisindən axan çay. Çyornaya çayı Çir çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Kaqalnik çayının mənsənibə 246 km qalmış ona tökülür. Çyornaya çayının uzunluğu 48 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 506 km²-dir. Mənsəbində hündürlük 90 m təşkil edir. Çay sistemi: Çyornaya → Çir → Don → Azov dənizi.

Çyornaya çayı
rus. Чёрная
Ölkə  Rusiya
Mənsəbi Çir çayı
Uzunluğu 48 km
Hövzəsinin sahəsi 506 km²
DSR[ru] 05010300812107000009627

Çyornaya çayı öz başlanğıcını Rostov vilayətinin Şoloxov rayonu Verxnetokinski xutorundan götürür. Sonradan isə Çukarinski və Krujilinski xutorları arasındakı yoldan keçir. Bokovski rayonunun Qruşinski xutoru ərazisi ilə axaraq Vısloquzov xutorunun şimal-qərbində üç qola ayrılaraq Çir çayına tökülür.

Öz axarı boyunca çoxlu körfəz və qollar əmələ gətirir. Krujilinski xişutorunda ona Semyonovka çayı tökülür[1]

Orası maraqlıdır ki, çayın sahil ərazilərinin birində Kiçik Armud festivalı keçirilir. Burada bəstəkar mahnıları səsləndirilir[2]

Burada nərəkimilər, karp, som və digər balıqlara rast gəlmək mümkündür. Burada həvəskar balıqçılıq inkişaf etmişdir. Çay əsasən yağış, qar və yer altı sularla qidalanır. Bölgəyə xass xüsusiyyətlərdən biri yazda suyunda gur sululuq müşahidə edilir. Bu isə qar sularınln əriməsi ilə əlaqədardır.

Çayın axdığı rayonlar:Şoloxov, Bokovski.

Su reyster xidmətinin məlumatı

[redaktə | mənbəni redaktə et]

Dövlət su reyster xidmətinin məlumatına görə çay Don hövzəsi dairəsinə daxildir. Çir çayına daxildir. Aid olduğu hövzə — Don çayı (Rusiyaya aid hövzəsi) Dövlət su reyster xidmətinin obyektə verdiyi kod — 05010300812107000009627[3].

  1. "Река Семеновка". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-13.
  2. "Малый Грушинский фестиваль авторской песни". 2019-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-13.
  3. "Государственный водный реестр РФ: Река Черная".[ölü keçid]