Tahir İmanov

Tahir İmanov (tam adı:Tahir Qorxmaz oğlu İmanov; 13 dekabr 1974, Bakı) — komediya aktyoru, ssenarist, rejissor, mətn oxuyan, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti (2011).

Tahir İmanov
Doğum tarixi 13 dekabr 1974(1974-12-13) (49 yaş)
Doğum yeri
Atası Qorxmaz İmanov
Fəaliyyəti aktyor, ssenarist, rejissor
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2011 "Tərəqqi" medalı — 2021
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tahir İmanov 12 dekabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə Bakı şəhəri 189 saylı məktəbdə təhsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 1996-cı ildə həmin universiteti bitirib. İxtisasça iqtisadçıdır. 1991–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN "Yay Kubokunun" sahibi və 2000-ci il KVN "Əsrin Çempionu" olmuşdur.

2001-ci ildə "Planet Parni iz Baku" KVN teatrını yaradıb. Hazırda həmin teatrın bədii rəhbəri, rejissoru və aktyorudur.

  1. Bir anın həqiqəti (film, 2003)
  2. Durnalar qayıtdı (film, 2003)
  3. Məhəllə (film, 2003) — rol: Rövşən (Roşka)
  4. Məhəllə 2 Moskvada (film, 2004) — rol: Rövşən (Roşka)
  5. Tam məxfi (film, 2004)
  6. Məşədi İbad-94 (film, 2005) — rol: Sərvər
  7. Nümunəvi şagird (film, 2006)
  8. Vərdiş (film, 2006)
  9. Bir kəndin sevinci(serial 2012)-rol:Kamran
  10. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  11. Ögey ata (film, 2013)
  12. Ağanatiq (film, 2017)
  13. Bəxt üzüyü 2 (film, 2017)
  14. Məhəllə 3 (film, 2019) — rol: Rövşən (Roşka)
  15. Ağanatiq 2 (film, 2021)