Ölülər (C. Coys)

"Ölülər" — irland yazıçısı Ceyms Coysun "Dublinlilər" hekayə toplusunda ən son və ən böyük əsəri, ingilis novelistikasının baş əsəri hesab olunur. Yazıçı povesti yazarkən (1907) cəmi 25 yaşı vardı. Ceyms Coys əsərdə ölülərlə dirilər arasında mövcud olan əlaqə probleminə toxunur. Əsərdə həm də insanların bir-birini anlamamasına, hər bir fərdin tənhalığı, yalqızlığı, digər fərdlər üçün anlaşılmayan sirli bir aləm olduğu məsələsi gündəmə gətirilir.

Ölülər
ing. The Dead
Müəllif Ceyms Coys
Dil ingilis dili
Orijinalın nəşri 1907

"Ölülər" povesti avtobioqrafik əsərdir. Qabriel Konroy gənc yazıçı Ceyms Coysa çox oxşayır. Qreta Konroyun protitipi isə Coysun öz arvadıdır. Qabriel xalalarıgildəki baldan qayıdanda təsadüfən öyrənir ki, arvadı onu sevmir, heç vaxt da sevməyib; Qreta çox gənc yaşlarında tanış olduğu Maykl adlı oğlanı sevirmiş, indi də onu sevir. Maykl artıq həyatda yoxdur, çoxdan ölüb, lakin Qreta hələ də onu sevir. — Bunu biləndə Qabriel qəzəblənir, lakin sonra onun qəzəbini mərhəmət və qibtə əvəz edir: Mayklı sədaqətlə sevib, bu sevgini hamıdan gizlə saxlayan arvadına rəhmi gəlir, bir insan kimi ona rəğbəti də artır, öz ehtirasının qurbanı olmuş Maykla həsəd aparır. Qabriel özü də çox istərdi ki, hansısa bir ehtirasın qurbanı olub bu dünyadan köçəydi, lakin insanlar onu sevəydilər.

Qabriel — baş obraz

Kreta — Qabrielin arvadı

Xanım Keyt və Culiya (bacılar) — Qabrielin xalaları

Meri Ceyn — Qabrielin dayısı qızı. Onun atası Pat təqribən otuz il əvvəl öldükdən sonra bibiləri Keyt və Culiya onu himayələrinə alırlar. Meri Ceyn piano dərsləri verir.

Lili — qulluqçu (gözətçinin qızı)

Fredi Malins — Qabrielin alkolik dostu

Miss İvors — Qabrielin kolleqası, irland milliyyətçisi

Mr. Bartel D'Arsi — məşhur tenor