Ölüm hökmü-ömürlük cəza (film)

Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film.

Ölüm hökmü-ömürlük cəza
Janr Sənədli film
İlk baxış tarixi 2019
Ölkə Azərbaycan
Dil azərbaycan

Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir.

Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Ölüm hökmü-ömürlük cəza" filminin təqdimatı olub". https://www.yeniazerbaycan.com (az.). Yeni Azərbaycan. 11.12.2019 [10:11]. Archived from the original on 2022-12-19. İstifadə tarixi: 2 dekabr 2022.