Ölüm cəzası

Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsidaşqalaqdır.

Cesare Beccaria, Dei delitti e delle pene

Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.

Səudiyyə Ərəbistanında dini inanclara qarşı çıxan, Allaha şəkk gətirən, narkotik maddə satan, Çində adam oğurluğu ilə məşğul olanlar, adam öldürənlər və b. ölümə məhkum olunurlar.

Kommunist Çin Xalq Respublikasında ölüm hökmü verilən məhkumların çoxluğunu uyğur türkləri tutur. Beynəlxalq təşkilatların məlumatlarına görə, müxtəlif ittihamlarla öldürülən uyğurların sayı yüzlərlədir. Urumçidəki Liudavan həbsxanasında hər ay 30-dək insan işgəncəylə ölümə məhkum edilir.

ABŞ-nin həbsxanalarında bu gün ölüm hökmünün icrasını gözləyən 973 məhkumun olduğu bildirilir. Bunların böyük əksəriyyəti Afrika və Latın Amerikası əsilli şəxslərdir.

Azərbaycanda edam tarixi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib.[1] O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş naziri Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma "Talış-Muğan Respublikası"nın rəhbəri elan etmiş Ələkrəm Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.

Edam masası

Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, indi "ölüm kamerası" adlanan otaqda yerinə yetirilib. Cəza yalnız bir üsulla – güllələnmə ilə icra olunub. Vaxtı ilə həbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar "ölüm kamerası"na gözübağlı gətirilirmiş. Burada məhkumun əziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış.

Ötən əsrin 30–50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü – suda boğma da tətbiq edilib.

Asaraq öldürmə — bu cəza əsasən Misir, İran, İraq, Yaponiya, İordaniya, Pakistan, Sinqapur, Əfqanıstan, Yəmən və digər ölkələrdə həyata keçirilir. Məhkumlar ictimaiyyətin gözləri önündə qurulmuş dar ağaclarından, xüsusi edam stendlərindən və ya kran maşınlarından asılmaqla edam olunurlar. Asılma cəzasını ən çox nümayiş etdirən ölkə İrandır. Bəzən bu ölkədə insanların gözü önündə bir neçə nəfər şəxs eyni vaxtda asılmaqla öldürülür. 2011-ci ildə İranın Yaponiyanın "Tadano" şirkətindən aldığı kranlardan edamlar zamanı istifadə etməsi iri qaldırıcı kranlar istehsal edən "Tadano" şirkətinin İranla bağladığı bütün müqavilələri ləğv etməsinə səbəb olub[2]. İraqın keçmiş prezidenti Səddam Hüseyn və onun qardaşının asılaraq öldürülməsi isə video kadrlarla yayımlanmışdı. Asılmağa aparılan insanlar əvvəlcə sanitar qovşağa aparılır, daha sonra isə gözləri bağlanılır (və ya başına qara torba keçirilir). Məhkumun başına qara torbanı ona görə keçirirlər ki, edam zamanı təzyiq nəticəsində yerindən çıxan göz gilələri görünməsin. Asma edamlarını həyata keçirən cəlladlar diqqətli olmalıdırlar. Edam zamanı məhkumun boğazına keçirilən kəndirin uzunluğunun asılan bədənin çəkisinə nisbəti mütləq nəzərə alınmalıdır. Əks halda, məhkumun başı, Səddam Hüseynin qardaşında olduğu kimi, bədəndən qopa bilər.

İranda qaldırıcı krandan edam olunmuş şəxs

Güllələmə — Bu ölüm cəzası bir sıra Afrika ölkələri, həmçinin Rusiya, Şimali Koreya, Vyetnam, Suriya, Cənubi-Şərqi Asiya ölkələrində tətbiq edilir. Güllələnməyə gətirilən məhkumun gözləri bağlanılır, bir və ya bir neçə şəxs tərəfindən onun bədəninin müxtəlif hissələrinə atəş açılmaqla qətl icra olunur. Bəzi ölkələrdə hərbi cinayətlər törədən və ya fərarilik edən hərbçilər əsgərlərin gözü önündə güllələnirlər. Uzun müddət Rumıniyaya rəhbərlik etmiş kommunist Nikolay Çauşesku 1989-cu il dekabrın 25-də güllələnərək edam olunub. Güllələmə edamı adətən səhərə yaxın, günəş doğandan 30 dəqiqə və ya 1 saat sonra icra olunur.

Boğma — bir sıra xalqlar ölüm cəzasının insan qanı tökmədən icra edirlər. Belə olan halda cəza məhkumun boğulması ilə icra olunur. Fiziki cəhətdən sağlam və güclü cəllad məhkumun boynunu qolları arasında sıxmaqla onu boğur.

Tapdalama — bu ölüm cəzası əsasən Hindistanın bir sıra ştatlarında və bəzi Afrika ölkələrində icra olunur. Məhkumlar fillərin ayaqları altına atılmaqla öldürülür.

Elektriklə öldürmə — əsasən ABŞ və bəzi Latın Amerikası ölkələrində bu cəza icra olunur. Məhkum xüsusi hazırlanmış elektrik stuluna oturdulur. Onun əllərinə, ayaqlarına və başına nəm əski qoyulur, üzəri mis qapaqla bağlanır və məhkumun gözlərini bağlayırlar. Yüksəkgərginlikli elektrik cərəyanının buraxılması nəticəsində məhkum bir neçə saniyə ərzində dünyasını dəyişir.

Baş kəsilməsi — bu cəza növü əsasən Səudiyyə Ərəbistanında qüvvədədir. Səudiyyə Ərəbistanında baş kəsmə üzrə ixtisaslaşmış cəlladlar və dövlətin nəzdində cəllad hazırlayan xüsusi məktəblər mövcuddur. Bu ölkədə məhkumların başı adətən qılıncla kəsilir. Ölüm cəzası almış məhkumun əlləri və ayaqları arxadan bağlanır. Sifəti maskalı cəllad diz üstə oturdulan məhkumun boynunu bir qılınc zərbəsi ilə üzməlidir. Edam cəzası insanların gözü qarşısında icra olunur və bu zaman tamaşaçılar cəllad üçün pul toplayırlar. Baş kəsmə edamı 10 sentyabr 1977-ci ilədək Fransada gilyotin maşını ilə həyata keçirilib. Fransada 1792-ci ildən tətbiq olunan gilyotin maşınında başı kəsilməklə edam olunan sonuncu məhkum Hamida Candoubi olub.

İnyeksiya — zəhərli iynə vurmaqla icra edilən bu ölüm növü ABŞ, Qvatemala, Tailand və s. ölkələrdə yerinə yetirilir. Məhkum xüsusi kresloya bağlanır. Kreslonun alt hissəsində yerləşən bir neçə iynə avtomatik sistemlə məhkumun onurğa beyninə yeridilir və iflic olan məhkum bir dəqiqə ərzində ölür.

Daşqalaq — bu cəza növü İran və Əfqanıstanda yerinə yetirilir. Əsasən zina işlətmiş insanlar, əxlaqsız qadınlar, dinə şəkk gətirənlər məhkəmənin qərarı ilə insanlar tərəfindən daşqalaq olunmaqla öldürülür. Bu, hazırda dünyada ən ağır və əziyyətli ölüm sayılır.

Cənub-Şərqi Asiya ölkələrində məhkumların ilan və zəhərli əqrəb dolu otaqlara salınaraq, bəzi xalqlarda isə çarmıxa çəkilməklə öldürülməsi növləri də mövcuddur.

Tarixən dünyanın müxtəlif ölkələrində ac və susuz saxlamaqla öldürmə (Yaponiya), gilyotin maşınında başın kəsilməsi, şaqqalama, doğrama, qaz kameralarında boğma və yandırma (Almaniya, İngiltərə) və s. edam növləri mövcud olub.

Ölkələr üzrə edamlar:

  1. Çin 1,110+
  2. İran 177
  3. Pakistan 82
    Alman general Anton Dostler edamdan bir necə saniyə əvvəl
  4. İraq 65+
  5. Sudan 65+
  6. Amerika Birləşmiş Ştatları 53
  7. Suudi Arabistan 39+
  8. Yəmən 30+
  9. Vietnam 14
  10. Kuveyt 10+
  11. Somali 7+
  12. Sinqapur 5+
  13. Yaponiya 4
  14. Malayziya 4
  15. Misir 4+
  16. İordaniya 4+
  17. Bəhreyn 3
  18. Monqolustan 3
  19. İndoneziya 3+
  20. Şimali Koreya 2
  21. Suriya 2
  22. Uqanda 2
  23. Banqladeş 1
  24. Botsvana 1
  25. Ekvator Qvianası 1
  • Cəmi 1,591+" ifadə edilən ədədin daha yüksək ola biləcəyi ehtimalını ifadə edir.
  • 2005-ci ildə 22 ölkədə edam cəzası həyata kecirmişdir, bu ədəd 2006 da 25 yüksəldi
  • Dünya daxilində cəmi edam sayı 2005-ci ildə 2,148 olmasına baxmayaraq 2006 da 1,591enmişdir.
  • Çin hökuməti edam ədədlərini rəsmi olaraq açıqlamadığı üçün ifadə edilən rəqəmin gerçəkdə 7,000 və 8,000 arasında olduğu təxmin edilir
  • İranda evlilik xarici cinsi əlaqəyə girən qadınlara verilən edam cəzası daşlanaraq edam edilməyə davam edir
  • 2006-cı ildə edamı gözləyənlərin sayının 19,000 və 24,000 arasında olduğu təxmin edilir
  • 2006-cı ildə 5 uşaq edam edildi (4ü İranda, 1i Pakistanda)
  • Bu 2006-cı ilə olan edam cəzalarıdı. Hər il bir çox ölkələrdə qansuz hec kimin bilmədiyi yerlərdə edamlar həyata keçirlir.
  1. modern.az. "Azərbaycanda ölüm hökmünün LƏĞVİ - 24 il". modern.az (az.). İstifadə tarixi: 2024-08-28.
  2. "ADAMLARI KRANDAN ASDIĞINA GÖRƏ YAPONİYANIN KRAN DÜZƏLDƏN ŞİRKƏTİ İRANLA BAĞLADIĞI BÜTÜN MÜQAVİLƏLƏRİ LƏĞV EDİB". 2011-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. lent.az Arxivləşdirilib 2009-02-20 at the Wayback Machine