Ölüm marşı (kitab)

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Rövşən Mustafayevin erməni terrorizmini ifşa edən "Ölüm marşı" kitabı Qüdsdə və Moskvada ivrit, ingilis və rus dillərində nəşr edilib. Kitab Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) diplomuna layiq görülüb.

Ölüm marşı
Müəllif Rövşən Mustafayev
Orijinalın dili azərbaycanca
Orijinalın nəşr ili 2002

Kitabda beynəlxalq terrorizmin bəşəri bəla olduğu tarixi faktlarla diqqətə çatdırılıb, ermənilərin apardıqları soyqırım siyasəti ətraflı tədqiq edilmiş, onların əsrlər boyu, xüsusilə 1918-1920-ci illərdə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarında (Bakıda, Qubada və s.) törətdikləri qanlı hadisələr barədə ətraflı məlumat verilib. Həmin hadisələr zamanı düşmənlər təkcə azərbaycanlıların deyil, həm də burada yaşayan yüzlərlə yəhudinin qanını axıdıblar.

Kitabın elmi məsləhətçiləri professor M.Aqarunov, tarix elmləri doktoru A.Pisman (İsrail), professor A.Todadzedir (Gürcüstan).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]