Ömür-gün sevdası (film, 1976)

Sənədli-bədii, etnoqrafik-folklor filmi Azərbaycanda uzunömürlü toy ənənələri haqqında söhbət açır. Filmin əsas hissəsi Azərbaycanın ən gözəl guşələrindən olan Kəlbəcərdə çəkilmiş, burada bədii kinonun vasitələrindən, aktyor oyunlarından da istifadə edilmişdir.

Ömür-gün sevdası
Rejissor Əbdül Mahmudov
Ssenari müəllifləri Əşrəf Hacıyev
Əbdül Mahmudov
Operator S.Robert
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1976
Filmin növü qısametrajlı sənədli-bədii film
Ölkələr SSRİ SSRİ
İl 1976
Texniki məlumatlar 3 hissə
700 metr
35 mm

Filmin başlanğıcında Azərbaycanda "Gəlin havası" olaraq bilinən "Vağzalı"nın çalınır. Filmdə Azərbaycan adət-ənənələrindən, ağsaqqal sözünün keçərli olmasından danışılır və qız istəmə mərasimindəki şirinçaydan bəhs olunur. Şirin çayın açıqlaması olaraq deyilir ki, "evlənəcək olan qız və oğlan bir-biri ilə hər zaman şirin sözlə danışsınlar". Filmdə toy ənələri ilə yanaşı "Kilim arası" və "Toyda maral oynayar" deyilən xalq yaradıcılığı nümunəsi göstərilir. Uzun ömürlü Azərbaycan evliliklərindən danışılır, Azərbaycanda uzun ömürlü evliliklərin səbəbi olaraq isə ər və arvadın bir-birinə olan mehribanlıq və hörmətlə olan münasibəti göstərilir. 1976-cı ildə şəkilən filmdə erməni işğalının daha gəlmədiyi Kəlbəcər şəhərində 129 kənd olduğu qeyd olunur.Filmi izlərkən kənd evlərini, mal-qaranı, geniş otlaq sahələrini, sağlam və firavan yaşayan Azərbaycan xalqını görmək mümkündür.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Əbdül Mahmudov
Ssenari müəllifi: Əşrəf Hacıyev, Əbdül Mahmudov
Operator: S.Robert
Səs operatoru: Şamil Kərimov