Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).[1] Şeyx Əbdül adı ilə də tanınır.
Əbdül Mahmudov | |
---|---|
Abduləhəd Əlisa oğlu Mahmudov | |
Digər adları |
Əbdül Mahmudbəyov Şeyx Əbdül Mahmudbəyov |
Doğum tarixi | 15 may 1944 (80 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor, kinorejissor, rejissor |
Fəaliyyət illəri | 1957–h.h. |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0538535 |
Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir.
Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973).
1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub.[2]
Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası olmuş Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil almışdır. Sonradan göndərişlə Şamaxı şəhərinə gəlib.[3]
Aktyor kimi
Rejissor assistenti kimi
İkinci rejissor kimi
Rejissor kimi
Ssenari müəllifi kimi
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |