Ömər Faruk Hülakü

Ömər Faruk Hülakü (1981, Bingöl ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]

Ömər Faruk Hülakü
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı
Vəzifədədir
2 iyun 2023-cü ildən
Seçki dairəsi2023Bingöl
Şəxsi məlumatlar
Doğum tarixi 1981
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
  • Yaxın Şərq Universiteti[d]
Fəaliyyəti siyasətçi, vəkil

Ömər Faruk Hülakü 1981-ci ildə Bingöl ilində anadan olub. KKTC-də Yaxın Şərq Universiteti Hüquq Bölməsindən məzun olub.[1]

Hüquqşünas olaraq çalışıb. 2012-2014-cü illərdə İnsan Hüquqları Dərnəyi Bingöl şöbəsinin idarəçilərindən olub. 2021-2023-cü illərdə Bingöl Vəkillər Kollegiyasının sədri vəzifəsində təmsil olunub.[1]

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bingöl ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]

Evlidir və 2 uşaq atasıdır.[1]

  1. 1 2 3 4 5 TBMM. "Ömer Faru HÜLAKÜ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.