Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şimali İran üzərindən Azərbaycan türkləriylə əlaqə qurmaq istəyən Ömər Naci İstanbuldakı "İttihad və Tərəqqi" Mərkəzi Komitəsi vasitəsilə III Ordudan Scheubnerlə özünə nizami birlik verilməsinə nail oldu. Ömər Naci ilə Scheubner məqsədləri eyni olduğu üçün hər ikisi birləşərək birlikdə hərəkət etməyə qərar verdilər. Ömər Nacinin birliyində yaxşı təlim görmüş 500 atlı və bir dağ topu, Scheubnerin birliyində isə 100 atlı, bir dağ topu və 30 könüllü, ayrıca da beş alman zabiti var idi. Scheubnerin birliyinin xərcləri, Ərzurumdakı Alman Əlaqə Zabitliyi tərəfindən ödənilirdi.
Ömər Naci Scheubner 1915-ci ilin sentyabrın sonlarına doğru Bitlis və Başqala üzərindən Mosula çatmaq üçün yola çıxdılar. Başqalaya gəldikləri zaman buradan Urmiyə istiqamətində hərəkət etmək istədilərsə də, Van gölünün cənubunda rusların güclü müqaviməti ilə qarşılaşdılar və Mosula tərəf hərəkət etmək məcburiyyətində qaldılar.
1916-cı ilin fevral ayının ortalarında Ömər Naci bəyin göstərişiylə ruslara qarşı savaşan bölgədəki bəzi kürd aşirətləri də Scheubnerin taburuna qatıldılar. Lakin Scheubner onların intizamsız olduqlarını və əsgəri təlim görmədiklərini, bu səbəbdən də hərbi əhəmiyyətləri olmadıqlarını çatdırdı. 1916-cı ilin fevralından həmin ilin may ayınadək ruslarla Scheubnerin taburu arasında bir neçə döyüş olmuşdusada Scheubner rus birliklərini yenib Cənubi Qafqaza da çıxmağa müvəffəq olmamışdı. Ruslarla olan döyüşlərdə silah və cəbbəxana əskikliyi özünü kəskin şəkildə hiss etdirmiş, həm də Scheubnerin birliyində tif xəstəliyi yayılmış, ölüm halları artmışdır.
Elə bu əsnada rusların qüvvətli bir birlik ilə Süleymaniyyəyə hücum edəcəkləri xəbəri alınınca buradakı zəif türk birliklərinə yardımçı olmaq məqsədilə Scheuber geri çəkilmək məcburiyyətində qalmışdı. Həm də bu arada almanların Arslan bəyə olan etimadı, onun qeyri sabit davranış və sözlərindən dolayı yox olmuşdu. Beləcə, Ömər Naci və Scheubnerin bərabər başladığı Əmir Arslanın "Difai" təşkilatına yardım, hərəkatı da nəticəsiz qalmışdı.