Ömər Naci (1878, Bursa vilayəti – 1916, Kərkük mühafəzəsi) — Türkiyənin siyasi xadimi, hərbçi, publisist, "İttihad və tərəqqi" cəmiyyətinin fəallarından biri. Türkiyə hökumətinin xüsusi tapşırıqlar üzrə səlahiyyətli nümayəndəsi kimi Cənubi Azərbaycanda milli azadlıq hərəkatının güclənməsinə böyük kömək göstərmişdir.
Ömər Naci | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1878 |
Doğum yeri | |
Vəfat tarixi | 1916 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Ömrünün mühüm bir dövrünü İranda yaşamış, orada türklərin maariflənməsi və təşkilatlanması istiqamətində fəaliyyət göstərmişdir. Xoy şəhərində Mirzə Səidin açdığı Siratülmüstəqim məktəbinin müdiri olmuşdur. Məktəb bağlandıqdan sonra dağlara çəkilərək gizli fəaliyyət göstərmişdir.
20-ci əsrin əvvəllərində onun səyi nəticəsində Osmanlı hökuməti Cənubi Azərbaycanda milli azadlıq hərəkatına kömək məqsədilə maliyyə yardımı ayırmışdır. Səttar xanın başçılıq etdiyi 1905–06-cı illər inqilabını yaxından izləmiş, Türkiyə Silahlı Qüvvələrinin Baş komandanı Ənvər paşanın tapşırığına əsasən Cənubi Azərbaycan türklərinin siyasi cəhətdən təşkilatlanması işinə yaxından kömək göstərmişdir.
Birinci Dünya müharibəsi (1914–18) illərində türk-alman ordusunun Cənubi Azərbaycanda həyata keçirdiyi hərbi əməliyyatlarda yaxından iştirak etmişdir. Tarix ədəbiyyatında "kiçik müharibə" adlandırılan termin onun adı ilə bağlıdır. Beləki, 1915-ci ilin dekabrından başlayaraq, polkovnik Ömər Naci bəy və fon Şeybner-Rixterin komandanlıq etdiyi 650 nəfərlik kiçik mücahidlər dəstəsi Muş-Bitlis-Cənubi Azərbaycan istiqamətində uğurlu hərbi əməliyyat apararaq 1916-cı il yanvarın 14-də Təbrizə daxil olmuşdu. Döyüşdə aldığı yaradan Kərkük hərbi xəstəxanasında vəfat etmişdir.[1]