Ömər Yamaoka (yap. オマル山岡, əsl adı: Kotaro Yamaoka, yap. 山岡 光太郎, 7 mart 1880, Fukuyama, Hiroşima prefekturası – 23 sentyabr 1959, Sakay[d], Osaka prefekturası) — İslamı qəbul etmiş yapon hərbçisi. Hacı ünvanın sahibi.
Ömər Yamaoka | |
---|---|
yap. 山岡光太郎 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 mart 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1959 (79 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Yaponiya İmperator ordusu |
Döyüşlər | |
Təltifləri |
Rus-yapon müharibəsi başlayandan bir il sonra Mancuriyaya Yaponiya İmperator ordusu qoşununda göndərilib. Müharibədən sonra Mancuriya, Monqoliya və Koreyada cəsus kimi işləyib. Kokuryukay ("Qara əjdaha cəmiyyəti") adlı millətçi hərəkatın üzvü olub. Casus tapşırığını bitirib və 1908-ci ildə Yaponiyaya qayıdıb.
Yapon İmperatorluğu Rus İmperatorluğuna müxalif düşmüş türk və müsəlmanları öz tərəfinə çəkmək işi aparırdı. Bu səbəbdən sibirtatar əsilli molla Əbdürrəşid İbrahim yerli tatarlar arasında yapon təbliğatı aparırdı.
Uğurlu fəaliyyətinə görə 6-cı səviyyəli Gündoğan Ordeni (Kyokucitsu-şyo) ilə mukafatlandırılıb.