Örnek (krım tatar dilində "naxış" deməkdir) — krım-tatar milli ornamenti, krım tatarları xalqının mədəniyyətinin ən qədim nailiyyətlərindən biridir. Ornament birləşdirilmiş kiçik elementlərdən ibarətdir, elementlər əsasən bitki və həndəsi fiqurları formasındadılar və simmetrik və asimmetrik quruluşa malikdilər. Əsas simovllar çəhrayı, yaşıl, sarı və mavi çalarlarda olan çiçəklər və ağacların təsvirindən ibarətdilər.[1]
Ornament milli geyimlər, ayaqqabılar, papaqların bəzək elementi kimi istifadə olunur, bundan başqa zərgərlik zinətləri, keramika və metal qabları, ağac məhsulları, məişət texnikası, mebel işləmələri və xalçaların bəzədilməsində istifadə olunur.
2018-ci ilin fevral ayında Ukraynanın Qeyri-Maddi Mədəni İrs Elementlərinin Milli Siyahısına daxil edildi.[2][3]