Ötüken Sırrı oğlu Senger (tam adı:Ötüken Senger) — Türkiyə Cümhuriyyəti Qars bələdiyyə başçısı, professor[1]
Ötüken Senger | |
---|---|
31 mart 2024 – 31 mart 2028 | |
Əvvəlki | Ayxan Bilgən |
Şəxsi məlumatlar | |
Fəaliyyəti | siyasətçi |
Prof. Dr. Ötüken Senger 1978-ci ildə Qarsda anadan olub. İbtidai, orta və lisey təhsilini şəhərdə başa vuran Senger Atatürk Universitetinin Mühəndislik Fakültəsinin İnşaat Mühəndisliyi fakültəsini bitirib.[2]
Kafkas Universiteti Ərdahan Peşə Məktəbinə müəllim vəzifəsinə təyin olunan Senger, magistratura təhsilini Kafkas Universiteti Elm və Texnologiya İnstitutunun Tətbiqi Riyaziyyat bölməsində tamamlayıb. 2018-ci ildə Kafkas Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsində İdarəetmə İnformasiya Sistemləri Departamentini quran Prof. Dr. Ötüken Senger eyni kafedranın müdiri vəzifəsinə təyin edilib və eyni kafedrada professor-müəllim vəzifəsində çalışıb.
Babaları qərbi Azərbaycandan Qars köç ediblər.[3]
Siyasi fəaliyyətlə məşğul olub. Milliyyətçi Hərəkat Partiyasının üzvüdür. 31 mart 2024-cü ildə Türkiyədə keçirilən bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından Qars bələdiyyə sədri seçilmişdir.[4]