Özgə Gürəl (5 fevral 1987[2], İstanbul) — Türk aktrisa
Özgə Gürəl | |
---|---|
türk. Özge Gürel[1] | |
Doğum adı | Özge Gürel[4] |
Doğum tarixi | 5 fevral 1987[2] (37 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | aktrisa, müğənni, model[d] |
Fəaliyyət illəri | 2010-cu ildən |
Boyu | 165 sm[4] |
Çəkisi | 55 kq[4] |
IMDb | ID6221099 |
Özgə Gürəl 5 fevral 1987-ci ildə İstanbulda anadan olub. Silivrili ailənin qızıdır. Ana tərəfi Selanik qaçqını, ata tərəfi isə çərkəzdir. Litseyi bitirənə qədər Silivridə yaşayıb. Bəykənd Universiteti Beynəlxalq ticarət fakültəsindəki təhsilini yarımçıq tamamlayıb aktrisalıq daha sonra isə aktrisalıq idarəsi təhsili alıb. Qızım harada adlı teleserialda Zeynəb rolu ilə film dünyasına girmişdir. Daha sonra Rahat küçə və Möhtəşəm yüz il adlı teleseriallarda rol almışdır. 2014-cü ildə Mədcəzir teleserialında Ada rolunu oynamışdır. Daha sonra yenə 2014-cü ildə Gilas Mövsümü teleserialında baş rol olan Öykü rolunu oynamışdır. 2017-ci ildə Ulduzlar Şahidim teleserialında baş rolda oynamışdır. Yenə 2017-ci ildə Dolunay teleserialında Nazlı rolunda olmuşdur.
2022-ci ildə "Gilas mövsümü" serialında tanış olduğu aktyor Serkan Çayoğlu ilə evlənmişdir.[5]
Sinema filmləri | |||
---|---|---|---|
İl | Adı | Rol | Qeyd |
2014 | Bizim müəllim | Qardələn | Yardımçı xarakter |
2017 | Organik eşq hekayələri | Demet | Baş rol |
2017 | İlk öpüş | Bahar | Baş rol |
Televiziya filmləri | |||
İl | Adı | Rol | Qeyd |
2010–2011 | Qızım haradadır | Zeynəb | Baş rol |
2011 | Və İnsan Aldandı | Dərya | 11-ci bölüm |
2012 | Rahat küçə | Məlisa | Qonaq aktrisa |
2014 | Möhtəşəm Yüz il | Rəna xatun | Yardımçı xarakter |
2014 | Mədcəzir | Ada | Yardımçı xarakter |
2014–2015 | Gilas Mövsümü | Öykü Acar Dinçər | Baş rol |
2017 | Ulduzlar şahidim | Haziran | Baş rol |
2017 | Dolunay | Nazlı Pınar | Baş rol |
Reklam filmləri | |||
İl | Şirkət/Məhsul | Rol | Qeyd |
2012 | Milka | Şokolad | |
2013 | Vodafone | ||
2013 | Doritos | ||
2014 | Pepsi | Baytar | Burak Özçivit ilə |
2015 | Ford | Öykü Acar Dinçer | Serkan Çayoğlu ilə |
2015 | Bellona | Öykü Acar Dinçer |
Mükafatları və namizədlikləri | ||||
---|---|---|---|---|
İl | Mükafat | Kateqoriya | Film | Nəticə |
2015 | Yedditəpə Universiteti 3. Dilək mükafatları | İlin ən yaxşı qadın aktrisası | Gilas mövsümü | Qazandı |
SEUL DRAMA mükafatları | İlin ən yaxşı qadın aktrisa namizədi | Gilas mövsümü | Namizəd | |
Future Fest mükafatları | Ən yaxşı nitq söyləyən qadın aktrisası | Gilas mövsümü | Qazandı | |
MGD 21-ci qızıl objektiv mükafatları | İlin ən yaxşı qadın komediya aktrisası | Gilas mövsümü | Qazandı | |
42-ci Pantene Qızıl Kəpənək mükafatları | Ən yaxşı cütlük(Öykü-Ayaz) | Gilas mövsümü | Namizəd | |
2016 | 1. YBU Media mükafatları | Ən yaxşı qadın teleserial aktrisası | Gilas mövsümü | Namizəd |