Özgələr (film, 2001)

Başqaları (ing. The Others) — rejissor Alexadro Amenabar tərəfindən qorxu-triller janrında çəkilmiş və Nikol Kidman və Fionnula Flenaqanın baş rolda iştirak etdiyi filmdir.

Başqaları
ing. The Others
Janr Qorxu filmi
Əsas mövzu Ölümdən sonrakı həyat[1]
Rejissor Alexandro Amenabar
Ssenari müəllifi Alexandro Amenabar
Baş rollarda Nikol Kidman
Kristofer Ekklston
Fionnula Flenaqan
Erik Sayks
Operator Xavyer Agirresarobe
Bəstəkarlar Alexandro Amenabar
Harri Uorre
İstehsalçı Dimension Films
İlk baxış tarixi 2001, 10 yanvar 2002[2]
Filmin növü Psixoloji triller
Müddət 104 dəqiqə
Büdcə $17 milyon
Gəlir $218,947,037
Ölkələr ABŞ ABŞ
İspaniya İspaniya
Fransa Fransa
İtaliya İtaliya
Dil İngilis dili
İl 2001
Rəng rəngli
Çəkiliş yeri Madrid
IMDb ID0230600

Film o cümlədən "Ən Yaxşı Film" və "Ən Yaxşı Rejissor" işinə görə, səkkiz Qoya mükafatını qazanmışdır. Bu, Qoyyanın "Ən Yaxşı Film" mükafatını (İspaniyanın Milli Film Mükafatları) əldə etmiş ilk ingilisdilli film oldu; filmdəki dialoqlarda ispan sözlərindən istifadə edilməmişdir.

Filmin sloqanları

[redaktə | mənbəni redaktə et]
  • «Sooner or later she’ll see them, then everything will be different.» («Gec-tez o Onları görəcək… Və o zaman hər şey dəyişiləcək.»)
  • «Sooner Or Later They Will Find You.» («Gec-tez, Onlar səni tapacaq…»)
  • «No door is to be opened before the previous one is closed!» («Heç bir qapı, ondan əvvəlki qapının bağlanılmasına qədər açıla bilməz!»)
  • «How do you keep them out, when they’ve already invited themselves in?» («Siz burada artıq burada olanları necə qova bilərsiniz?»)
  • «Do you believe in ghosts? She didn’t…» («Siz kabuslara inanırsınızmı? O da inanmırdı…»)
  • «Close Every Door, Turn Off Every Light, And Look For The Others…» («Bütün qapıları bağla! Hər bir yerdə işıqları söndür! Və Digərlərini ara…»)

Cersi, Normand adaları, 1945-ci il. Birdən birə bütün xadimələrin itdiyi malikanəyə yeniləri gəlir. Bu, Berta Mills adlı dayə, lal xadimə Lidiya və bağban Edmund Tatldır. Onlar əvvəllər burada işlədiklərini deyirlər və sevinclə onlar üçün əziz və doğma olan bu evə gəlməyə razıdırlar. Qreys (Nikol Kidman) onları evin sərt qaydaları ilə tanış edir: heç bir qapı ondan əvvəlkini bağlamayana qədər açılmamalıdır; evdə heç bir səs-küy və pianoda ifa olmamalıdır, sahibənin uşaqları Nikolas və Enn işığa olan nadir allergiya ilə əziyyət çəkirlər, bunun üçün də onların oturduqları otaqlarda həmişə qalın pərdələr olmalıdır.

Uşaqların tərbiyəsi və təhsili ilə Qreys özü məşğuldur. O sərt və dindardır. Buna görə də bütün kafir sualları Qreys sərt formada rədd edir. Enn — kiçik qardaşından fərqli olaraq xəyalpərəstdir. Ona görə də o bildirir ki, yataq otağında Viktor adlı oğlanı və "digərlərini" görüb, amma ona heç kim inanmır. Ancaq nəsə qəribə bir şeyi Qreys də hiss edir; o ayaq səslərini, uşaq ağlamağını və digər səsləri eşidir, onun bağladığı qapıları və pərdələri kimsə yenidən açır... Qreys evdə "ölülər kitabını" aşkar eləyir — fotoalbom, içərisində isə ölüm zamanı çəkilmiş şəkillər. O zamanlar ölülərin qohumları sevdiklərinin ruhlarını şəkillərdə saxlamağa ümid edirdilər. Qreys albomu yandırmağı Bertadan xahiş edir.

Getdikcə Qreys şübhələnir ki, evdə kabuslar var. O müqəddəs atanın yanına gedir, amma yolda güclü dumana görə o itir. Birdən duman içərisindən o öz ərini görür. Ərini 2 ildən artıq müddətdə müharibədə itkin düşmüş hesab edirdilər. Qreys çox sevinir, onu evə aparır. Onlar sevgi ilə məşğul olmağa imkan tapırlar, amma bundan sonra əri özünü ötkün kimi aparır, səhər isə çıxıb gedir.

Nikolas və Enn atasının axtarışına çıxırlar və bu zaman bağda yeni xadimələrin adları yazılmış qəbir daşları tapırlar. Elə bu vaxt Qreys onların ölüm zamanı çəkilmiş şəkillərini tapır. Qreys artıq hər şeyi anlayır: yeni xadimələr doğrudan da burada yaşayıblar və 50 il bundan əvvəl ölüblər. Berta Mills qapının dalında duraraq Qreysə başa salır ki, digər kabuslar bu evdə çox öncələrdən bəri yaşayıblar, buna görə hər şeyi necə var elə də qəbul etmək lazımdır.

Birdən Qreys qızının yuxarıda kiminləsə danışdığını eşidir. Yuxarı qalxaraq o tanımadığı insanların spiritik seans etməyinin şahidi olur. Onlar soruşurlar ki, uşaqların anası ilə nə baş verib. Enn cavab verir ki, onların anası dəli olub və "o vaxt" yastıqla onları boğurdu. Masanın bir tərəfində əyləşən qoca kor qadın Ennin dediklərini yazır və sonra "əgər siz ölmüsüzsə, niyə buradasınız" — deyə soruşur. Uşaqlar dəhşət içərisində qışqırırlar ki onlar ölməyiblər, Qreys də qışqıraraq onların ölmədiklərini deyir. Qoca qadın bunların hamısını yazır. Masa ətrafında oturanlar deyirlər ki, kontakta həm ana, həm də onun uşaqları daxil olublar. Onlar masanın tərpənməsini, göydə kağızların parça-parça olmasını görürlər. Amma Qreysin özü və onun uşaqları görünməzdir. Seansdan sonra, masa ətrafında əyləşən ər və arvad — öz uşaqlarını və özünü öldürən kabus qadının yaşadığı bu evi tərk etməyə qərar verirlər; axı məhz bu kabuslara görə onların oğlu Viktor gecələr yata bilmir, qorxur. Evdə isə bəzi-bəzi hadisələr baş verir.

Qreys uşaqları ilə yerdə oturaraq onları necə boğduğu, özünü isə güllələdiyi haqda düşünür. Özünüqəsddən sonra uşaqların oynadıqlarını eşidən Qreys elə hesab edir ki, Tanrı ona ikinci şans verib. Uşaqlar cənnətin və limpin harada olduqlarını soruşurlar, amma nə onlar, nə də ana bu haqda bilmirlər. Berta Mills bütün bu hadisələrlə barışmağı və yaşamağa davam etməyi onlara başa salır. Çünki Lidiya kimi ömrünün sonuna kimi lal qalmaq olar...

İnstrumental musiqi

[redaktə | mənbəni redaktə et]

Filmin musiqisini rejissor və ssenarist, Alexandro Amenabar bəstələmişdi. Disk satışa 7 avqust 2001-ci ildə Sony leyblı altında buraxılmışdı . İfaçı — London Session Orchestra.

  1. The Others (2:24)
  2. Wakey Wakey (1:44)
  3. Old Times (3:25)
  4. They Are Everywhere (2:35)
  5. Reunion (1:07)
  6. Changes (1:37)
  7. I Do Believe It (3:15)
  8. Charles (1:46)
  9. Communion Dress (1:21)
  10. No Curtains (2:48)
  11. Give Me The Keys! (1:32)
  12. The Attic (1:47)
  13. Sheets And Chains (5:49)
  14. A Good Mother (5:42)
  15. End Credits (4:10)

Texniki məlumat

[redaktə | mənbəni redaktə et]
  • Şəkil formatı: 1.78 : 1
  • Kamera: Panavision Cameras and Lenses
  • Kopiya formatı: 35 mm
  • Çəkiliş formatı: 35 mm (Kodak)
  1. The Others (ing.). 2001.
  2. IMDb (ing.). 1990.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]