Öznur Cürə Girdi (1 oktyabr 1997[1], Kağıthane, İstanbul ili[2]) — qadınlar arasında makaralı oxatma idman növündə W2 kateqoriyasında mübarizə aparan türk para-oxatan. O, Paralimpiya, dünya və Avropa çempionu və bəzi dünya rekordlarının sahibidir.
Öznur Cürə | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 1 oktyabr 1997[1] (26 yaş) |
Doğum yeri | |
İdman növü | para-oxatma[d] |
Cürə evdən uzaq olduğu, iflic səbəbi ilə xəstəxanalarda fiziki müalicə aldığı vaxtlarda oturaraq voleybol oynamağa başlayıb. Lakin o, bu idman növünə davam etməyib. Fiziki müalicəsi bitdikdən sonra İstanbula qayıdıb və 2019-cu ildə onu "Okçuluk Vakfı" idman klubuna dəvət edən para-oxatan Bahattin Həkimoğlu ilə tanış olduqdan sonra para-oxatma üzrə idman karyerasına başlayıb.[3][4][5] O, makaralı oxatma yarışlarında W2 kateqoriyası üzrə mübarizə aparır. Məşqçiləri Elanur Karakoç və Hasan Basri Hancıdır.[4]
Cürə Fransanın Paris şəhərində keçirilən 2024 Yay Paralimpiya Oyunlarında qadınlar arasında fərdi makaralı oxatma yarışının sıralama mərhələsində 704 xal toplayaraq yeni bir dünya rekordu təyin edib.[6] O, daha sonra həmin yarışda iranlı Fatimə Həmmatini məğlub edərək qızıl medalın sahibi olub.[7]
Öznur Cürə 1 oktyabr 1997-ci ildə İstanbulun Kağıthanə səmtində anadan olub.[3] Onun iki böyük bacısı və bir kiçik qardaşı var.[5] Atası 2014-cü ildə Ordudan İstanbula qayıdarkən avtomobilin aşması ilə nəticələnən yol qəzası törədib. Qəza nəticəsində Cürənin anası boynundan aşağı, Cürə özü isə belindən aşağı iflic olmuşdur.[3][4] O, əvvəlcə Boluda, daha sonra isə Düzcədə fiziki müalicə alıb.[5]
Cürə İstanbul Aydın Universitetində İdman Elmləri fakültəsinin İdman menecmenti ixtisası üzrə təhsil almışdır. 2023-cü ilin fevral ayında Zonquldaklı Fatih Girdi ilə evlənib və soyadına həyat yoldaşının "Girdi" soyadı əlavə edilib. Cütlük İstanbulda yaşayır.[8]