Anadolu agentliyi (türk. Anadolu Ajansı, qısaldılmış AA) ― mərkəzi qərargahı Türkiyədə, Ankara şəhərində yerləşən dövlətəməxsus[1][2] xəbər agentliyi.[3] Qurum Mustafa Kamal Atatürkün göstərişi ilə 6 aprel 1920-ci ildə Ankarada Xalidə Ədib Adıvar və Yunus Nadi tərəfindən Türkiyənin İstiqaliyyət müharibəsi xəbərlərini çatdırmaq üçün qurulmuşdur.[4]
Anadolu agentliyi | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Xəbər agentliyi |
Sənaye | Xəbər agentliyi |
Təsis tarixi | 1920 |
Baş qərargahın yeri | |
Rəhbərlik | |
Təsisçilər | |
aa.com.tr/tr aa.com.tr/en aa.com.tr/fr |
|
Vikianbarda əlaqəli mediafayllar |
Anadolu agentliyi 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi zamanı Mustafa Kamal Atatürkün əmri ilə yaradılıb. İmperiyanın paytaxtı Konstantinopol Osmanlı sultanlarının nəzarəti altında olduğuna görə bütün qəzetlər də ingilis işğalçıları və sultanın tabeliyində idi və inqilabi hökumətin Anadolu və Rumeli üçün rabitə və xəbər şəbəkəsi yaratması zəruri idi.[5] İşğal altındakı paytaxtdan qaçan jurnalist Yunus Nadi Abalıoğlu və yazıçı Xalidə Ədib Geyvedə görüşərək yeni bir türk mətbuat agentliyinə ehtiyac olduğu qənaətinə gəlmişdilər. Agentlik rəsmi olaraq 6 aprel 1920-ci ildə, Türkiyə Böyük Millət Məclisinin qurulmasından 17 gün əvvəl Ankarada fəaliyyətə başlamışdır. Milli Məclis tərəfindən qəbul olunan ilk qanun ilə Türkiyə Cümhuriyyəti yaradılmış və bu qanun Anadolu agentliyi ilə elan edilmişdir.[6]
18 noyabr 2012-ci ildə agentliyin Qahirədə yerləşən Ərəb Xəbərləri Regional Müdirliyi açılıb.[7] Beyrut filialı 22 yanvar 2013-cü ildə, Qəzza filialı isə 30 may 2013-cü ildə[8] açılmışdır. Anadolu Agentliyi 13 dildə: türk, ingilis, ərəb, rus, fransız, ispan, kürd, sorani, fars, indoneziya, bosniya, alban və makedon dillərində fəaliyyət göstərir.[9][10]
Ədalət və İnkişaf Partiyası (AKP) iqtidara gəldikdən sonra AA və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) hər ikisi idarəetmə xəttini daha yaxşı əks etdirmələri üçün yenidən təşkil olundu. 2016-cı ilə aid bir akademik məqaləyə görə, "bu ictimai xəbər istehsalçıları, xüsusən də AKP hökumətinin ən son dönəmində partiya rəhbərliyi ilə yaxın olan kiçik bir şəbəkənin məmurları tərəfindən idarə olunub."[11]
Anadolu agentliyi Avropa Xəbər Agentlikləri Alyansının (EANA) fəal üzvüdür.[12]