Üçölçülü qrafika

3D-qrafika nümunəsi

Üçölçülü qrafika (ing. 3D (3 Dimensions) — "3 ölçü") Graphics, təsvirin üç ölçüsü) — metodlar yığımı və alətlər həcminə görə obyektlərin təsviri üçün nəzərdə tutulmuş kompüter qrafikasının bir bölməsi. Kompüterdə həcm və perspektivə malik videogörüntülərin qurulmasının metod və instrumental vasitələri. Üçölçülü qrafikanın vektor qrafikası ilə bir çox oxşar cəhətləri var. Burada da istər üçölçülü səhnənin bütün elementlərini, istərsə də hər bir obyekti ayrı-ayrılıqda dəyişmək olar. Üçölçülü qrafikadan interyer dizaynında, memarlıq obyektlərinin, reklamların, öyrədici kompüter proqramlarının, kompüter oyunlarının, videoçarxların, maşınqayırmada detalların və məmulatların əyani təsvirinin hazırlanmasında və başqa sahələrdə istifadə olunur. Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə ayırmaq olar:

  • 3D modelləşdirmə adlandırılan birinci mərhələdə obyektin modeli – forması yaradılır;
  • Tərtibat və animasiya adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və bir-birinə nəzərən yerləşməsi təsvir olunur;
  • Və nəhayət, renderinq adlandırılan üçüncü mərhələdə obyektin yekun obrazı yaradılır.

Üçölçülü qrafika, ixtisaslaşmış proqramların köməyi ilə səthdəki obyektin üçölçülü modelinin həndəsi proyeksiyasını qurmağa imkan verir. Bu üsulla, qurulan modelin predmetləri mümkün qədər aydın, başadüşülən olur.

3D modelləşdirmə — obyektin üçölçülü modelinin yaradılması prosesidir.

Üçölçülü qrafika daha çox ekran səthində nümayiş etdirilməklə, elm, sənaye, tibb, arxeologiya, arxitektura, müasir vizullaşdırma sistemləri və bir çox sahələrdə istifadə olunur.

Bu qrafikadan ən çox müasir kompüter oyunlarında istifadə olunur. Adətən, obyektin üçölçülü qrafikası virtual, təsəvvür edilən üçölçülü sahədə qurulur və ikiölçülü ekran səthində və ya kağız vərəqinin səthində təsvir edilir. Hal-hazırda üçölçülü informasiyanın təsvirinin bir neçə üsulu məlumdur. Hərçənd ki, onların əksəriyyəti stereotəsvirlə işlədiyinə görə informasiyanı olduqca şərti nümayiş etdirir. Bu tipdən olan stereoeynəklər, virtual dəbilqələr, 3D-ekranlar və bir sıra aksessuarlar qeyd etmək olar. Bir neçə istehsalçı şirkət, seriya olaraq hazır üçölçülü ekranları nümayiş etdirdi[1].

Üçölçülü təsvirin hazırlanması üçün aşağıdakı mərhələri yerinə yetirmək tələb olunur:

  • Modelləşdirmə — səhnənin və obyektlərin üçölçülü riyazi modelinin yaradılması;
  • Tərtibatlaşdırmarastr və ya tərtibat (material xüsusiyyətlərinin qurulması — şəffaflıq, əks etdirilmə, nahamarlıq və s. nəzərdə tutulur) modellərinin səthlərdəki təyinatı;
  • İşıqlandırma — işıq mənbələrinin quraşdırılması;
  • Animasiya (bəzi hallarda) — obyektlərə hərəkət verilməsi;
  • Dinamik simulyasiya (bəzi hallarda) — hissəciklərin qarşılıqlı təsirinin avtomatik təyini (bərk/yumşaq korpus və s). Həmçinin külək, itələmə və b. quraşdırmalar;
  • Renderinq (vizuallaşdırma) — seçilmiş fiziki modelə uyğun olaraq proyeksiyanın qurulması;
  • Kompozitinq (tərtib etmə) — təsvirin tamamlaması;
  • yaradılmış təsvirin nəticəsini nümayiş etdirən — ekran və ya printer.
  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
  1. 3D təsvirin daha keyfiyyətli nümayişi üçün vacib şərt tamaşaçının tam mərkəzdə yerləşdirilməsi idi. Başın ehtiyatsız olaraq sağa, sola hərəkəti təsviri korlaya bilərdi. Almaniyada yerləşən Fraunqofera İnistutunda aparılan təcrübə nəticəsində bu problem öz həllini tapmışdır. Tamaşaçının gözlərinin vəziyyətini izləyən və yerdəyişmələri müvafiq yolla 3D-ekrana ötürən iki kamera sayəsində bu problem həll olundu. İndi yalnız gözün vəziyyəti deyil, həm də barmağın vəziyyəti izlənilir, hansı ki, üçölçülü düymələrdən istifadə olunur. Tokio Universitetinin tədqiqatçı komandası sistemə təsvirdə olan predmətləri, hiss etməyə imkan verən əlavələr etmişdir. Mənbədə olan sayrışan fokuslar insan barmağı ilə əlaqədə olur və onun vəziyyətindən asılı olaraq akustik təzyiqin gücünü dəyişdirir. Beləliklə, keyfiyyətli təsvir ilə yanaşı, həm də orada təsvir edilmiş predmetlərlə qarşılıqlı təmas yaranır